Repititor, tutor Rəvanə Məmmədli:"Tələbələrimin bu qədər sevgisini qazanacağım ağlıma gəlməzdi"
- Rəvanə xanım, necə oldu ki, bu sahəyə gədiniz?
- Əslində bu mənim üçüncü ixtisasımdır. Mən 2003-cü ildə Bakı Slavyan Universitetinin rus-dili filalogiyasına qəbul olmuşam. Bakalavrı bitirdikdən sonra həmin universitetdə iki illik ixtisas artırma ila Azərbyacan-dili, ədəbiyyatı üzrə təhsil almışam. İngilis-dilini marağım həddindən artıq çox idi. Ona görə də yenə həmin universitetdə ixtisas artırma ilə ingilis-dili üzrə təhsil almışam. 2013-2017-ci illər ərzində "Erudit" adlı özəl liseydə müəllim kimi fəaliyyət göstərmişəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Doqquz ilə yaxındır ki, ingilis-dili üzrə, ümumi hazırlıq, bir sözlə, repititorluq fəaliyyətim var.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Bir çox uğurlara imza atmışıq. Olimpiyadada birinci yeri qazanmışıq, yüksək nəticələr əldə etmişik və s. Qeyd edim ki, mən ilin peşakar tutoru nominasiyası üzrə mükafata da layiq görülmüşəm.
- İs prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan motivasiyadir. Dərsi şagirdə. sevdirməyə çalışıram. Əgər bir şagird müəllimi sevirsə, onda dərsə də həvəslə gələcək. O zaman eldə etdiyi uğurlar da yaxşı olacaq.
- Hansı yaş qrupuna aid sagirdlərlə çalışırsınız?
- Hər yaş qrupuna aid şagirdlərim var. Daha çox isə abituriyentlərə işləyirəm. Bundan başqa, MİQ müəllimlərinə də dərs keçirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox ali məktəblərə hazırlıqla bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim biriyəm. Amma lazım olanda sərt tərəflərim da olur.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var. Böyük qızım universitetdə ikinci kurs tələbəsidir. Digər qızım yeddinci sinifdə oxuyur. Sonbeşiksə birinci sinifə gedir.
- Oxuculara nə məsləhət görərsiniz?
- Hansı sahəni səvirlərsə, o sahə üzrə davam etsinlər. Abituriyentlər özlərini hansı ixtisasda görürlərsə, o ixtisası seçsinlər. Valideyn təkidi ilə peşa seçmək yalnışdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, tələbələrimin bu qədər sevgisini qazanaram. Bu da bir müəllim üçün dünyaya bərabərdir. Mən uşaqlara işləməyi çox sevirəm. Bu sahədə olduğum üçün özümü xoşbəxt hiss edirəm.
Instagram: Teacher_hr_huseynova