Kosmetoloq Günay İbrahimova: "Xanımları gözəlləşdirmək əsas iş prinsipimdir"
- Günay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Bakı Slavyan universitetinin regionşünaslıq fakültəsini bitirmişəm. Amma hər zaman həkim olmaq arzusunda olmuşam. Qandan qorxuduğum üçün anam mənə deyirdi ki, səndən həkim olmaz. Amma bu arzu hər zaman mənim ürəyimdə olub. Xəyallar qururdum. Təhsilimi başa vurduqdan sonra, illər sonra əvvəlcə lazeri öyrəndim. Nəticələrim yüksək oldu. Həvəsim artdı. Sonra isə aparat kosmetologiyasını öyrəndim. Plexr cihazı ilə işləməyi seçdim. Bu işdə anam mənə çox dəstək oldu. Hal-hazırda çox yaxşı nəticələr əldə edirəm. İnsanları gözəlləşdirən də özümü çox xoşbəxt hiss edirəm.
- İş pirinsipiniz nədən ibarətdir?
- Əsas iş prinsipim xanımları gözəlləşdirmək və onları cavanlansdırmaqdır. Onların problemlərini həll etməkdir. Ona görə də öz mərkəzimin adını "Günay estetik" qoymuşam.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Xanımları gözəlləsdirməklə məşğulam. Onlarda özlərinə güvənin artması üçün əlimdən gələni edirəm. İşimi hədsiz dərəcədə çox sevirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha cox qırışlarla, səpkilərlə, ləkələrlə, saç tökülməsi və s. məsələlərlə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Hər bir xanım özünə baxmalıdır, özünə qulluq etməlidir və özünüzü sevməlidir. Baxımsızlığa hər zaman "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox pozitiv bir insanam. Hər kəsə müsbət enerji ötürürəm. Hər kəsin əhvalının hər zaman yüksək olmasını istəmişəm.
- Ailəlisinizmi?
- Ailəliyəm. Bir qızım, bir oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- İlk növbədə özünüzu sevin, özünüzə hörmət edin ki, qarşınızdakı sizi sevsin və sizə hörmət etsin. Öz ayaqlarınız üzərində dayanmağa çalışın.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işdə bu qədər uğur qazanaram və bu qədər sevilərəm. Pasiyentlərimin güvənini qazandığım üçün çox xoşbəxtəm.
Əlaqə nömrəsi: (055) 797 17 70