Defektoloq-loqoped Gülnar Süleymanova: "Erkən diaqnoz erkən korreksiya deməkdir"
- Gülnar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bir fərdin həyatını dəyişmək, həmin fərdin dünyanı dəyişdirməsi deməkdir. Elə buna görə də, bu sahə üzrə ixtisaslaşmaq qərarı aldım. Mənim üçün bu sahəni seçmək qədər sevmək də önəmlidir.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 3 ildir ki, Goranboy rayonunda yerləşən Leyla Psixoloji və Nitq İnkişaf Mərkəzində Defektoloq-loqoped olaraq fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Bütün növ nitq qüsurları (Alaliya Afaziya, Dislaliya, Taxilaliya, Bradilaliya, Dizartriya, Loqonevroz və s) Atizm Spektr Pozuntusu (ASP), Uşaq Serebral İflici (USİ), Nitq İnkişaf ləngiməsi (NİL), Psixoloji İnkişaf Ləngiməsi (PİL), patalogiyalı uşaqların həmçinin Eşitmə Pozuntusu olan uşaqların nitqləri üzərində loqopedik korreksiyon işlər aparıram.
Eləcə də, ixtisaslı kadrlara nəzəri və təcrübi Loqopediya dərsləri keçərək öz təcrübələrimi onlara da ötürürəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Nitq İnkişaf Ləngiməsi, Zəka Yetərsizliyi, Autizm Spektr Pozuntusu, Kəkələmə, Səs pozuntuları və s.
- Bir loqoped olaraq nəyə "yox", deyirsiniz?
- Övladına laqeyd yanaşan bütün valideynlərə "YOX" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Əgər ətrafınızda və ailənizdə olan uşaqların əqli, nitqi, fiziki inkişafı ilə bağlı narahatlıq hiss edirsizsə, mütləq mütəxəssislərə müraciət edin. Erkən diaqnoz erkən korreksiya deməkdir.
Əlaqə nömrəsi: (050) 344 60 33
Instagram: loqopedgulnar