Həkim ortodont-stomatoloq Nailə Əliyeva: "Ortodontiyanın bu qədər dərin və maraqlı sahə olduğu ağlıma gəlməzdi"
- Nailə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Beş yaşımdan özümü həkimlikdən başqa heç bir sahədə görmürdüm. Hətta, 1-ci il ADPU-ya qəbul olmuşdum, 4 ay oxuyub çıxdım ki, mən buranı bitirib həkim olmayacamsa, niyə 4 ilimi itirim ki?
- Neçə ildir ki, bu sahədə çalışırsınız?
-15 ilə yaxındır ki, bu sahədəyəm.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Son 5 ildir ki, ancaq ortodontiya ilə məşğulam. Ortodontiya- diş və çənə əyriliklərinin breket və funksional aparatlar ilə düzəldilməsidir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox çənə əyrilikləri ilə bağlı müraciət olunur.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Süd dişidir deyib boş verməyin. Bu günki diş və çənə əyriliklərinin əsas səbəbi vaxtı ilə tez çəkilən süd dişlərinin nəticəsində yaranır.
- Xarakter olaraq necə birisiniz?
- Məncə, həm tələbkar, həm mehriban biriyəm.
- Ailəlisinizmi?
- Ailəm qızımdır və işimdir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dişlərinizi vaxtı-vaxtında düzgün şəkildə fırçalayın. Gözəl təbəssüm təmiz ağız boşluğundan başlayır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Maraqlı sualdır. Düşünməzdim ki, ortodontiya bu qədər dərin və maraqlı sahədir. İnsan yeni məlumat öyrəndikcə, daha çox yeni, fərqli məlumatlar öyrənmək istəyir. Ömrümüz oxumaqla keçir (gülür).
Əlaqə nömrəsi: (077) 390 06 03