Loqoped-Defektoloq Sunay Qasımova: "Mənim işim mənim dünyamdır"
- Sunay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlara olan sevgim məndə bu sahəyə maraq yaratdı və heç düşünmədən özümü bu sahədə tapdım. Uşaqlarla işlədikcə onlar həqqiqətdə mənim öz dünyama çevrildi.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 2 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Valideyinlərlə birgə işləyərək tez bir zamanda nəticə verərək onların kiçik qəlbinin böyük memarı olmaq əsas iş prinsipimdir.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Hal-hazırda yaşından asılı olmayaraq hər bir şəxslə korreksion işlərimizi aparırıq. Və yaxın zamanda hər kəsin qatıla biləcəyi maarifləndirici təlimlər təşkil etməyi düşünürəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı mürəciətlər olur?
- Kəkələmə, Nitq İnkişaf ləngiməsi, Autizm, Daun, Dislaliya kimi diaqnozlar üzrə müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Məsuliyyətsiz valideyinlərə, məsuliyyətsiz pasiyentlərə "yox" deyirəm. Çünki əgər valideyin öz uşağının, böyük yaşlı pasiyentlər isə öz üzərlərində işləmirsə, tapşırıqları yerinə yetirmirsə, mən həmin şəxsi və ya uşağı, təəssüf ki, pasient kimi qəbul etmirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq məqsədli, məsuliyyətli, iradəli, eyni zamanda səbrli və qayğıkeş biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara və valideyinlərə məsləhət görərdim ki, uşaqları ilə mütəmadi olaraq ünsiyyət qursunlar, hər hansı bir diaqnoz müşahidə etdikləri zaman loqopedə müraciət etsinlər və ən əsası da onlara uşaq kimi yox, gələcəyin bir fərdi və şəxsiyyəti kimi davransınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mənim işim mənim dünyam olacaq və həyatımın mərkəzinə çevriləcək.
Əlaqə nömrəsi: (060) 420 66 62