Psixoloq Nərminə Cəfərova:"Valideyn olmanın ən böyük mükafatı övladın uğurlu olmasıdır"
Uşaqlarınızın uğurlu olmasını istəyirsinizsə...
Uzun illərin elmi araşdırmaları nəticəsində məlum olmuşdur ki, həqiqətən uğurlu olmanın əsas səbəbləri, təməl səbəbləri var. Nədir bu səbəblər, parametrlər? Bunlardan biri özünə güvənmədir. Bu gün özünə güvənmək haqqında danışacağıq. Özünə güvənməni formalaşdırmaq lap kiçik yaşlarından başlayır.
Guvən duyğusu bizim təməl duyğularımızdan biridir. İlk vaxtlarda bu duyğu çox bəsit davranışlarda özünü göstərir. Məsələn, ana süfrəni yığışdırırkən uşaq ona yardım etmək istəyir, boşqablaı daşımaq istəyir. Çünki təqdir istəyir, bunu etsin və anadan təqdir alsın, " mən bacardim" duyğusunu yaşamaq istəyir. Ana nə edir, ( bütün analara aid deyil, təbii ki) sındırarsan etmə, eləmə, əl vurma! Uşaq israr edir vallah, ana yox deyib durur.Uşağ özünə inam üçün anasının ona güvənməsini istəyir, ana ona güvensin və onda İlkin güvən duyğusu yaşasın. Ana icazə vermir. İrəliləyən illərdə nə olur bəs? Baxın, o ailə dünyanın pulunu tökürlər o uşağın təhsili üçün, təhsil haqqı, dərs vəsaitləri, fərdi hazırlıqlar və s. O qədər pul xərcləməyə razıdırlar bu valideynlər. Amma zamanında 3-5 boşqabın sınmasına razı olsaydı, uşağın özünə güvəni yaranmağa başlayardı. Çünki ilk anasının ona güvənməsini istəyir. Bu ana - ata pis valideyn deyil, sadəcə bilmirlər. Ona görə də valideynlər, xüsusilə də analar maariflənməlidir, təhsil almalidirlar. H. Z. Tağıyevin söylədiyi kimi, " Bir ailə bir oğula təhsil verirsə cəmiyyət təhsilli bir oğul, qiza təhsil verərllərsə təhsilli bir ailə qazanır".Uşaqlara evdə iş görməsinə sərait yaradın. Qoyun paltarlarını toplasınlar, otaqlarını səliqəyə salsınlar, sufrədən boşqabları daşısınlar və s. Yəni nəyi etmək istəyirlərsə çalışın etsinlər, səhv etsinlər, amma etsinlər. Valideyn olmanın ən böyük mükafatı övladın uğurlu olmasıdır.
Əlaqə nömrəsi: (055) 248 64 41