"NM Kids Tədris və İnkişaf Mərkəzi"nin rəhbəri Nərgiz Məhərrəmova: "Məsuliyyətli və disiplinli olmaq əsas iş prinsipimizdir"
- Nərgiz xanım, necə oldu ki, belə bir bağça yaratmaq qərarına gəldiniz?
- İxtisasca pedaqoqam. Məktəbəqsdar tslim və tsrbiyə üzrə təhsil almışam. Hər zaman öz sahəm üzrə çalışmışam. Bu sahəyə gəlməyimin ən birinci səbəbi uşaqları çox sevməyimdir. Özümə aid işimin olmasının isə çoxdan arzusunda olmuşam. Ailəm bu barədə mənə çox dəstək olub. Nəhayət, arzumun birinə də çatdım. "NM kids Tədris və İnkişaf Mərkəzi"bu ərsəyə gətirdik.
- Neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- "NM kids Tədris və İnkişaf Mərkəzi" özəl bağça olaraq xidmət göstərir. Artıq 5 aydır ki ,fəaliyyətdəyik.
- Uşaqlara hansı xidmətləri göstərirsiniz?
- Bağçamızda Azərbaycan və Rus bölmələri üzrə Mini bağça, Erkən inkişaf qrupu və Məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. Mini bağça 0-2 yaş arasında uşaqları qəbul edirik. Bura dayə xidməti aiddir. Uşaqların ilkin söz ehtiyatlarının formalaşması, rabitəli nitqin formalaşması, sensor inkişaf və fiziki mədəniyyət mövzusunda məşğələlər keçirilir.
Erkən inkişaf qrupu Azərbaycan və Rus bölməsi üzrə 3-4 yaş arasında uşaqları qəbul edirik. Bura montessorri təlimləri, kiçik və böyük matorikanın inkişafı, sadə riyazi təsəvvürlərin formalaşması, məntiqi təfəkkürün inkişafı, əyləncəli zəka oyunları müəllimlərimiz tərəfindən keçirilir.
5 yaşına çatmış uşaqlar artıq məktəb dövrünə çatdığı üçün məktəbəqədər hazırlıq qruplarında davam edirlər. Hər iki bölmə üzrə Ana dili, savad təlimi, riyaziyyat, məntiq və yazının düzgün formalaşması üçün Hüsnxətt dərsləri tədris olunur.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- 6 yaşına qədər uşaqlar bağçamızda sərbəst qala bilərlər.
- Üstünlüyünüz nədir?
- Üstünlüyümüz ondan ibarətdir ki, peşəkar müəllim heyətimiz var. Hər qrup üzrə əlavə olaraq ingilis dili dərsləri, rəsm, musiqi, rəqs dərnəkləri mövcuddur. Hər ay uşaqlarımıza əyləncəli ekskursiyalar təşkil edirik. Master-class təlimlər, əyləncəli tədbir planı hazır edirik. Dövlət səviyyəli tədbirlərdə iştirak edirik. Bağçamıza qəbul olunmuş hər bir uşaq həkim nəzarətində saxlayırıq. Mütəxəssis loqoped və uşaq psixoloqları tərəfindən konsultasiya olunur və bu barədə valideynləri məlumatlandırırıq. Ehtiyac olduqda isə mütəxəssislərə yönləndiririk. Bağçamızda 7/24 tətbiq vasitəsilə valideynlər rahatlıqla uşaqlarını onlayn izləyə bilirlər.
- Bağçanızda qidalanma necə olur?
- Bağça yarım gün və tam gün olaraq xidmət göstərir. Uşaqlar yarım gün qaldıqda 3 dəfə, tam gün qaldıqda isə 5 dəfə qidalanırlar. Bağçamızda qidalanmaya xüsusi diqqət yetiririk. Uşaqların sağlamlığı bizim üçün çox vacibdir.
- İş prinsipiniz nədən ibarətdir?
- Başlıca məqsədimiz seçdiyimiz əməkdaşlar uşaqları çox sevməlidir. Uşaqlarla işləmək böyük səbr tələb edir. Vicdanlı və tərbiyəli olmalıdır. Seçdiyimiz pedaqoqlar savadlı, məsuliyyətli və disiplinli olmağı iş prinsipimizdir.
- Bağçanızla bağlı valideynlərə nə demək istərdiniz?
- Valideynlərə məsləhətim odur ki, övladlarını sevgi dolu böyütsünlər. Müəyyən qədər onlara sərbəstlik versinlər. Onları sosial cəmiyyətdən təcrid etməsinlər. İcazə versinlər ki, övladlarının cəmiyyətdə öz yerlərini tapması üçün sərbəst qərar verməyi bacara bilsinlər. Bu barədə hər zaman hər tərəfli onların yanında olsunlar.
Əlaqə nömrəsi: (055) 662 00 65
(012 342-70-98)
(012 342-28-20)