Pedaqoq-təlimçi Rabina Fərmanova: "Bu qədər sevgi və hörmət qazanacağımı düşünməzdim"
Pedaqoq-təlimçi Rabina Fərmanova: "Bu qədər sevgi və hörmət qazanacağımı düşünməzdim"
- Rabina xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllim peşəsi mənim uşaqlıq arzumdur.Uşaq vaxtından bu sahəyə olan marağım vı sevgim məni bu sahəyə gətirib.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 10 ilə yazındır ,ki bu sahədə çalışıram.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Əsas işim rus bölməsi üzrə pedaqoji fəaliyyətdir.Bundan başqa müəllim və şagirdlərə təlim və vebinarlar keçirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim işlədiyim sahədə daim yeniliklər gətirmək,uşaqlar üçün daim yeniliklər axtarışında olmaq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda rus bölməsi üzrə müsabiqəyə hazırlıq,ibtidai siniflər üzrə təkminləşdirmə və müəllimlər üçün təlim və vebinarlara daha çox təlabat var.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqlara qarşı psixoloji şiddətə və müəllimlərə göstərilən hörmətsizliyə yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Təbiətcə sakit ,təmkinli,səbrli və tələbkar biriyəm.Bizim sahədə çalışan insan səbrli olmalıdır.
- Ailəlisinizmi?
- Ailəliyəm. İki oğul övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Çalışsınlar həmişə düzgünlüyün ,dürüstlüyün yanında olsunlar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu sahəyə gələndə bu qədər valideyn və şagird tərəfindən sevgi və hörmət qazanaram.
Əlaqə nömrəsi: (070) 714 02 01