"Star Preschool" bağçasının rəhbəri: "Uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı öyrətmək əsas prinsipimizdir"
- Necə oldu ki, bele bir bağça yaratmaq qərarına gəldiniz?
- Uşaqlar 2-3 yaşa gəldikdən sonra hər gün fərqli əyləncələr kəşf etməyə, yeni dostlar axtarmağa, fərqli maraq dünyalarına baş vurmağa meylli olurlar. Hər nə qədər valideynlər uşaqlara zaman ayırsalar da, öz yaşıdları ilə keçirdikləri vaxt, paylaşdıqları sevinclər onların yetişməsində müsbət mənada daha fərqli nəticələrə yol açır. Hələ uşaq yaşlarından dostluq anlayışını uşaqlara aşılamaq, insanlarla necə ünsiyyət qurmağı, onlara qarşı düzgün münasibəti öyrənmək, məktəb öncəsi təlim-tərbiyəyə sahib olmaq üçün valideynlər övladlarını bu yaşlarından məktəbəqədər təhsil müəssisələrinə - bağçaya göndərməyə çalışırlar. Bundan başqa məktəbəqədər təhsil müəssisələri uşaqları əqli, fiziki, psixoloji və emosional cəhətdən məktəbə hazırlayır. Bu səbəbdən gələcəkdə sağlam və xöşbəxt gəncliyimizin yetişməsi üçün belə bir tərbiyəvi, elmi müəssisənin açılmasına və fəaliyyət göstərməsinə ehtiyac duyulduğunu müəyyən etdim.
- Bağca neçə ildir fəaliyyət göstərir?
- Həm məktəbəqədər təhsil sistemi, həm də baxça kimi fəaliyyət göstərən müəssisəmiz artiq 1 ildən coxdur ki fəaliyyət göstərir. Müəssisəmizin dayanıqlı və uzun müddətli fəaliyyəti üçün kəmiyyətə və ən əsası keyfiyyətə daim nəzarət olunur.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas prinsiplərimiz uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı öyrətmək, həyatda onlara lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoymaq, uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki və əqli inkişaf səviyyələrini, psixo-fizioloji xüsusiyyətlərini nəzarətdə saxlamaqdır.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- Adətən 2-5 yaş arası uşaqlar müəssisəmizə qəbul olunur.
- Onlara hansı xidmətlər göstərilir?
- Uşaqların tərbiyə ocağı, onları intellektual cəhətdən inkişaf etdirən, həmçinin əyləncələrini təmin edən istirahət məkani olması, iş-güc arxasınca getməyə məcbur olan valideynlərin övladlarını ən etibar etdiyi məkan olaraq xidmətin göstərilməsi, baş verə biləcək xoşagəlməz hadisələrin olmaması üçün xidmət müddəti boyunca valideyinin öz övladını kameralar vasitəsi ilə izləməsi, nəzarətdə saxlaması, təmirili və şəraitli binaların olması, təhlükəsizliyin təmin olunması, eləcədə əlavə idman və məşğələlərin olması əsas xidmətlərimizdir.
- Üstünlüyünuz və fərqiniz nədədir?
- Hər bir ata-ana intellektual inkişafdan öncə övladlarının sağlamlığını, normal qidalanmasını düşünür. Bizim bu cəhətdən fərqimiz ondadir ki, bizim məktəbəqədər təhsil ocağında uşaqlar üçün peşəkar aşbaz tərəfindən gündə 2 dəfə keyfiyyətli və kalorili yemək servisi göstərilir, onların istirahəti üçün hər cür şərait yaradılıb, təhlükəsizlikləri mütəmadi olaraq qorunur və hər bir uşaq üçün təcrübəli tərbiyəçilər tərəfindən ayrıca xüsusi özəl və dövlət proqramları çərçivəsində xidmətlər göstərilir. Övladlarının gələcəyini parlaq görmək istəyən istənilən valideyinlər uşaqlarının baxça tərbiyəsi görməsini vacib sayırsa, bizim xidmətlərdən yararlanması onların üstünlük əldə etməsi üçün bir avantaj sayıla bilər. Bundan başqa digər özəl məktəbəqədər təhsil müəssisələri ilə müqayisədə bizim müəssisədə hər bir uşaq üçün aylıq xidmət haqqı aşagı məbləğ qarşılığında yüksək keyfiyyətlə yerinə yetirilir.
- Bağçanızla bağlı valideynlərlə nə dəmək istərdiniz?
- Bizim məktəbəqədər təhsil müəssisəsindən yararlanan və yararlanmayı planlaşdıran valideynlər əmin ola bilərlər ki, onların övladları öz işini sevən tərbiyəçilər tərəfindən istər intellektual, istər tərbiyəvi, istərsədə əyləncəli təlim- tədrislə, sağlamlıqları üçün yüksək səviyyədə qida təhcizatı ilə və təhlukəsizliklərinin qorunması üçün ən yaxşı şəraitlə təmin olunublar. Seçimlərində yanılmadıqlarına əmin olmaları üçün əlimizdən gələni yuksək səviyyədə edirik və davamlı fəaliyyətimiz üçün edəcəyik.
Əlaqə nömrəsi: (050) 472 12 14