Həkim-kosmetoloq Xədicə Muradova: "Xanımları gözəlləşdirmək və komplekslərdən azad etmək əsas iş prinsipimdir"
Həkim-kosmetoloq Xədicə Muradova: "Xanımları gözəlləşdirmək və komplekslərdən azad etmək əsas iş prinsipimdir"
- Xədicə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- 5-6 yaşım olarkən valideynlərimin bütün iynələrini mən vururdum. En çox da anam məni bu sahə üzrə ürəkli yetişdirdi. Dəmelək olar ki, böyüdükcə həvəsim daha çox artmış və işimdə heç bir zaman təşviş, həyəcan, qorxu hissi yaşamamışam. Sanki mən bu iş üçün doğulmuşam . İkinci dəfə yenidən dünyaya gəlsəydim, yenə də estetik olardım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq səkkiz ildir ki, bu sahədəyəm.
- İş prinsipinin nədən ibarətdir?
- Əsas iş prinsipim xanımları təbiilikdən çıxmayacaq şəkildə, üz cizgilərinə uyğun gözəlləşdirmək və komplekslərindən azad etməkdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə orqanizmə zərəri olmayan, təbiiliyi pozmayan kosmetoloji-dermatoloji və trixaloji bütün prosedurları icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar ağırlaşmalarla bağlı daha çox müraciət olur. Dırnaqarası kosmetoloqlar tərəfindən uğursuz olunan prosedurlar nəticəsində pasiyentler çox zərər çəkir və kosmetologiyadan ehtiyat edir. Onların səhv işləmlərini müalicə edib yenidən pasientin razılığını, güvənini qazanmaq məni çox məmnun edir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Məncə, həkim kosmetoloqların və vicdanlı insanların hamısı zərərli preparatlara "yox" dəməlidir. Bunların ən başlıcası biopolimerdir (süni dolğu). 10 il öncəyə qədər çox məşhur idi və təəssüflər olsun ki, özünü sevməyib, müraciət edənlər hələ də var.
- Bizdə olan məlumata görə, sizin həkimlikdən başqa xüsusi bacarıqlarınız və məşğuliyyətləriniz var...
- Bəli, musiqi alətlərindən skripka, pianino, gitara, saz və zərb alətlərində ifa edə bilirəm. Musiqi ifaçılığım (səsim) var.
Bir sıra dövlət tədbirlərində vokal və musiqi alətlərində ifa etmişəm.
Şeirlərim və musiqi bəstələrim var. Daim tibbi və bədii kitablar oxuyuram. Uşaqlıdan rəqslə, şahmatla və bir sıra döyüş idman növləri ilə məşğul olmuşam. 2023-cü ilin may ayının 21-də kosmetoloji-trixoloji və dermatoloji tibbi jurnalım ilk cildini çıxarmışam ki, bu jurnal Gəncəbasar zonasının ilk tibbi jurnalıdır. Hazırda 2-ci cild üzrə işləyirəm. Jurnalımın mahiyyəti sağlam şəkildə gözəlləsmənin sirlərini oxuculara çatdırmaq, düzgün olunmayan prosedurlardan pasiyentləri qorumaq, her bir prosedur haqqında düzgün, geniş məlumat çatdırmaqdır. Özümə məxsus yeni kəşf etdiyim bir sıra prosedurlar var ki, 2-ci cilddə bunlarla bağlı danışılacaq. Bir sıra seminarlar təşkil etmişəm. Psixoloji ve tibbi.
Allahın izniylə hər daim pasientlərim üçün özümü inkişaf etdirirəm ki, işimi daha da professional icra edim.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq dürüst, disiplinli, tutduğu işi axıra kimi çatdıran, insanları-heyvanları sevən və daim qadınların gözəl görünməsini və irəli getməsini istəyən biriyəm. Ailəm və övladlarım üçün hər şeyin ən gözəlini yaradan insanam.
- Ailəlisinizmi?
- Ailəliyəm, 2 övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim budur ki, hər zaman axtarışda olsunlar və öz seçimlərini uğurlu etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu işi seçərkən ağlıma gəlməzdi ki, Azərbaycanın xanımları əslində bütün dünyanın xanımlarından daha gözəl ve baxımlıdırlar. Bununla da vətənimin millətiylə fəxr edirəm!
Əlaqə nömrəsi: (050) 669 79 68
Instagram: @dr.kosmetoloq_gence