Bütüncül tibb uzmanı Aynurə Rzayeva: "Tərəzi piyin getməsinin göstəricisi deyil"
- Aynurə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Qidalanma sahəsi uşaq yaşlarımdan mənim üçün çox maraqlı olub. O marağım bu gün məni Piylənmə Üzrə Mütəxəssis, Bütüncül Tibb Uzmanı, Epigenetik&nutrigenetik uzmanı Aynurə Rzayeva olmağıma səbəb oldu.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 7-8 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə daim yenilikləri öyrənərək irəliləyirəm ki, insanlara sağlam və düzgün şəkildə faydalı ola bilim.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim 80% sağlam qidalanma ilə iynəsiz və dərmansız insanları xəstəlikdən, piylənmədən azad etməkdir.
- Hansı yaş qrupuna aid insanlara çalışırsınız?
- Bir mütəxəssis yaş qrupu seçmir. Bütün yaş qrupları sahəm üzrə mənə aiddir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ən çox müraciətlər uşaqlarda və böyüklərdə artıq çəkinin səbəb olduğu İNSULİN DİRƏNCİ! Xanımlarda insulin dirənci ilə yanaşı polikistik over sendromu, tiroid problemləri əsasən haşimato, xolesterin çoxluğundan yaranan ürək-damar xəstəliyi, artıq çəkinin səbəb olduğu qaraciyər piylənməsi, çəkisi çox olan onkoloji xəstələr və s. məsələlərlə bağlı muraciətlər də olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Bir mütəxəssis olaraq 70-80% paketli, işlənmiş, fast food yeməklərə "yox" deyirəm. 100% heçnə yoxdur.
- Xarakter olaraq necə birisiniz?
- Bir insan olaraq hər kəsi hər tərəfli anlamağa çalışıram və işimdə məsuliyyət, düzgünlük mənim üçün çox önəmlidir. Tanıyanlar bilir.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. 2 qızım, 1 oğlum var. 1-ci qızım ATU-də müalicə işi oxuyur. 2-ci qızım bu ilin məzunudu və ADA universitetinə hazırlaşır. Oğlum 10-cu sinifdə oxuyur.
- Oxuculara nə məsləhət görürsünüz?
- Deməli, iş həyatımda ən çox rastlaşdığım və demək olar ki, 10 pasientimdən 9-da gördüyüm problem tərəzidəki rəqəmlərdən aslı olmaqlarıdır və bu vəziyyət onların psixalogiyasını alt-üst edir. Sizə məsləhətim tərəzidəki rəqəmi boş verin! Tərəzidən aslı olmayın! Tərəzi piyin getməsinin göstəricisi deyil! Mənim pasientlərimə hər zaman dediyim budur ki, siz mən deyəni edin və sonucu izləyin! Amma bir şərtlə, tərəzi mənimdir, görünüş sizin! Sonucda baxın, nə gözəl sağlam və gözəl görünüşə sahib olacaqsız!
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən heç düşünməzdim ki, bu qədər sevilərəm və bu qədər dua sahibi olaram. Rəbbimə çox şükür.
Əlaqə nömrəsi: (050) 553 18 88
Instagram: @aynurerzayeva_