Bullinq! Məktəblərdə 12-17 yaşlı yeniyetmələrin valideyinlərinin nəzərinə...
Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsil alanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying)
qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.12 yaşdan 17 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. Bullinqə daha çox meyilli olan uşaqlar, xsüsən dərsdən yayınan, natamam və ya problemli ailələrin övladları olduğunun şahidi oluruq. Bullinqin qurbanları isə təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş şagirdlər böyük həyatlarında daha çox xəstələnir və psixoloji problemlərə daha qabatıq halda özünü göstərir. Utancaq, özgüvənsiz, uğursuz və s. kimi. Nəticələr daha da dağıdıcı ola bilər. Biz hamımız bullinqin qurbanları haqqında eşitmişik, hansılar ki, buna görə intihar ediblər.
Məktəbdə bullinq nədir və onunla necə mübarizə aparmaq olar?
Bullinq - bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb.
Ən çox bullinq halları o məktəblərdə olur ki, orada şagirdlər laqeytdir və məyusdurlar, onların tələbatları heç kim tərəfindən tanınmır və təmin edilmir. Xsüsən bellə uşaqlar daha çox natamam və problemli ailələrin övladları olduğunu müşahidə edirik. Son zamanlar isə internet-təqib (kiberbullinq) - internet, elektron poçt, Tik-Tok, İnstaqram, Teleqram SMS və s. vasitəsilə təqib də geniş yayılıb.Bəzən valideynlər hiss edirlər ki, uşaqda hər şey heç də qaydasında deyil, ancaq nəyisə tapa və ondan yapışa bilmirlər. Digər tərəfdən, uşaqlar özləri tez-tez bizdən həqiqəti gizlədirlər və özlərini elə göstərirlər ki, hər şey yaxşıdır. Bu onların qarşı tərəfdən qorxub çəkindiklərinə görə baş verir.
Ona görə də valideynlər ayıq sayıq olmalıdır.
Əgər uşaq: öz ünvanına tez-tez təhqiredici mesajlar alır, onu dəfələrlə incidir və lağa qoyurlarsa
- başqa uşaqlara tabe olmağa meyillidirsə
- özünü fiziki zorakılıqdan qoruya bilmirsə;
- evə üzündə göy ləkələr, sıyrıntılar, cırılmış geyimdə gəlir və buna anlaşılan izahat verə bilmirsə artıq həyəcan təbili calınır.
Şagirdlər arasında zorakılıq hadisələri həmişə məktəbin bir hissəsi olub, ancaq indi onlar daha çox artaraq gözə çarpır. Bu günlərdə Bakı Şəhərinin şüvəlan qəsəbəsindəki 156 saylı məktəbdə yeniyetmələr arasındakı baş vermiş hadisədə buna sübütdur.Ancaq yadda saxlamaq lazımdır ki, hətta ən xırda aqressivlik təzahürünə qarşı göz bağlamaq olmaz, çünki yalnız ümumi səyləri birləşdirməklə və vaxtında ona diqqət yönəltməklə vəziyyəti araşdırmaq olar.
Erkən Müdaxilə Mərkəzinin Ailə və Uşaq Psixoloqu. Cross-Coaching. Çətin tərbiyə olunan yeniyetmələr və onların valideyinləri ilə iş birliyinin ilk təlimçisi.
+994 70 204-02-07.