Radioloq Hürü Rəhimova: "Ürək qüsurlu uşaqlara cərrahi müdaxilə etmək çətin olur"
- Hürü xanım, döldə olan ürək qüsuru nədir və neçə yerə bölünür?
Döldə olan ürək qüsurları kobudcasına iki hissəyə bölünür: yüngül və ağır.
Yüngül ürək qüsurları adətən cərrahi müdaxilə ilə asan bərpa olunur. Ağır ürək qüsurlu uşaqlar isə ya ana bətnində, ya da dünyaya gəldikdən bir neçə müddət sonra tələf olurlar. Çünki ağır ürək qüsurlu uşaqlara cərrahi müdaxilə etmək çətin olur.
- Ürək qüsurları hansı hallarda əmələ gəlir?
Ürək qüsurlarının əmələgəlmə faktorlarını iki yerə bölmək olar: fetal (dölə aid) və maternal (anaya aid) faktorlar.
Dölə aid olan fakorlar qrupuna bunlar daxildir:
Döldə müəyyən olunan xromosom anomaliyalar, ekstrakardiak, anatomik qüsurlar, fetal kardiak aritmiya, döldə ənsənin artımı. Döldə ənsənin artımı 3.5-dən artıq olarsa və ya 3.5-ə bərabər olarsa, belə döllərdə ürək qüsuru olma riski yüksəlir. Monoxroonik əkizlər (eyni yumurta əkizləri) də bu qrupa daxildir. Burada da ürək qüsuru olmaq riski yüksəkdir.
Maternal faktorlar qrupuna isə bunlar daxildir. Ailədə, nəsildə ürək qüsuru varsa, belə uşaqlarda ürək qüsuru riski artıqdır. Eyni zamanda, anada müəyyən metabolik xəstəliklər, məsələn, fenilketonuriya, şəkərli diabet olarasa, bundan başqa, ana narkotik maddə, spirtli içi qəbul edərsə, ürək qüsuru riski artır. Süni mayalanma və hamilə xanımın artıq çəkili olması da ürək qüsuru faktorunu artıran amillərdəndir.
Həkimlə əlaqə: (050)5082388