Tiçır Zəhra Mikayılova:" Tələbələrimə dost kimi yanaşıram"
- Zəhra xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Mən on birinci sinifdə oxuyarkən ingilis dilinə marağım çox idi. Digər fənlərə nisbətən bu fənni lap yaxşı oxuyurdum. Amma fikrimdə başqa fənn üzrə müəllim olmaq var idi. Elə oldu ki, topladığım bala görə ingilis dili üzrə qəbul oldum. İndi bu sahədə olduğum üçün özümü çox xoşbəxt hiss edirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, bu sahə üzrə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bu sahə üzrə beynəlxalq sertifikatlar almışam. Hal-hazırda öz kursumda fəaliyyət göstərirəm. Özüməməxsus bir tədris proqramım var ki, onunla da tələbələrə qısa zamanda ingilis dilini mükəmməl şəkildə öyrədə bilirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Tələbələri əyləndirərək onlara qısa zamanda dil öyrətmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Tələbələrin əksəriyyəti daha çox başqa kurslarda onlara verilən vədlərin yerinə yetirilməməsindən və istədikləri nəticəni ala bilməmələrindən şikayətlənirlər.
- Hansı yaş qrupuna aid tələbələr qəbul edirsiniz?
- Mənim hazırladığım tələbələr on altı yaşdan yuxarı olanlardır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İngilis-dilini öyrənməyə başlayanların əksəriyyəti sözlərin tələffüzünə önəm vermirlər və sözləri tərcümə ilə öyrənirlər. Mən bunun əleyhinəyəm.
- Bir dili mükəmməl öyrənmək üçün ilk növbədə nə lazımdı?
- Söz öyrənməklə danışığı paralel şəkildə aparmaq lazımdır. Onda inkişaf da yaxşı olacaq.
- Xarakter olaraq necə birisiniz?
- Tələbələrimə dost kimi yanaşıram. Hər biri ilə səmimi olmağa çalışıram.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Həmkarlarıma məsləhət görərdim ki, tələbələrə konkret zamanda ingilis dilini öyrədəcklərini vəd etməsinlər. Çünki istənilən nəticə alınmayanda, həm dilə qarşı həvəs ölür, həm də valideynlərdə müəllimlərə qarşı bir inamsızlıq yaranır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, tələbələrdə özümə qarşı bu qədər inam və sevgi yarada bilərəm.
Əlaqə nömrəsi: (070) 633 76 36