Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"
- Elnarə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə maraq bizdə genetikdir. Anamın istəyi ilə bu sahəyə gəldim. 2004-2008-ci illərdə Lənkəran Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsini bitirmişəm. 2008-ci ildən sonra iki il fasilə verməklə 2010-cu ildən etibarən pedaqoji fəaliyyətə başlamışam.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Aşağı siniflərdən yuxarı siniflərə qədər məntiq dərsləri keçirəm, beşinci sinifdən on birinci sinifə qədər riyaziyyat fənnini tədris edirəm. Bundan başqa, şagirdləri liseylərə, ali məktəblərə hazırlayıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Kiməsə tabe olaraq işləməyi xoşlamıram. Çünki özümə aid qaydalarım və prinsiplərim var. Buna uyğun da işləyirəm. Mənə görə, şagird, müəllim və valideyn bir yerdə bir "üçbucaq" yaratmalıdır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Ədalətsizliyə və vicdansızlığa hər zaman "yox" demişəm.
- Xarakter olaraq necə birisiniz?
- Disiplinli və inadkar biriyəm. Öz qanunlarım var. Qarşıma qoyduğum məqsədə çatmaq üçün əlimdən gələni edirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxucular nə məsləhət görürsünüz?
- Valideynlərə demək istərdim ki, şagird müəllim yanına hazırlığa gedirsə, hər şeyi müəllimin üzərinə atmaq düzgün deyil. Valideynlər uşaqları ilə mütəmadi maraqlanmalı və onlarla dost olmalıdır. Çünki valideyn uşağa nə qədər basqı edərsə, uşaq da ondan qaçmağa çalışacaq.
- Mən bu işi şəcərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Riyaziyyat çox çətin fənndir. Səbr tələb edir. Ağlıma gəlməzdi ki, mən uşaqlara qarşı bu qədər səbirli ola bilərəm. Hər bir şagirdə dost kimi yaşana bilirəm. Düşünürəm ki, uşaqların qəlbinə yol tapıb, onların sevgisini qazana bilmişəm. Çünki mən əvvəlcə özümü, sonra isə tədris etdiyim fənni sevdirmişəm.
Əlaqə nömrəsi: (055) 731 16 80