Rus-dili müəllimi Turana Masimova:"Tələbələrimi oxumağa həvəsləndirmək əsas iş prinsipimdir"
- Turana xanım, necə oldu ki, bu sahəyə geldiniz?
- Rus-dili müəllimi olmaq mənim uşaqlıq arzum olub. Şükür ki, arzuma çatdım. Qeyd edim ki, mənim babam da rus-dili müəllimi olub. Hal-hazırda təqaüddədir. Biz babamla eyni universiteti, eyni fakültəni bitirmişik.
- Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Altı ildir ki, bu sahədə çalışıram. Öz işimi çox sevirəm, ondan zövq alıram.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəmdə əlavə təlim almışam və artıq müəllimlikdən başqa, tərcüməçi kimi də fəaliyyət göstərirəm və hal-hazırda polyak dilini öyrənirəm. Bildiyimiz kimi, polyak dili Hind-Avropa dillərinin Qərbi Slavyan qrupuna aiddir.
- İş pirinsipiniz nədən ibarətdir?
- Tələbələrimi rus dilinə həvəsləndirmək, onlarda əsas söz bazasını artırmaq və daha çox danışığa önəm vermək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar rus dilini öyrənmək üçün mənə daha çox iş adamları və tələbələr müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis kimi kobudluğa, təhqirə, xoşagəlməz hallara "yox" deyirəm. Lazım olarsa, bir mövzunu 10 dəfə də izah edərəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox səbirli, mülayim, əsas da sakit və pozitiv biriyəm. Neqativ insanlardan uzaq olmağa çalışıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara əsas məsləhətim budur ki, unutmasınlar, mümkün olmayan şey yoxdur. Rus dilində -Правило трёх Н
"НЕТ НИЧЕГО НЕВОЗМОЖНОГО"
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, ətrafımda bu qədər gözəl, tanınmış insanların sevimli müəllimi olaram.
Əlaqə nömrəsi: (055) 351 17 49