"Angel KN" tədris mərkəzinin rəhbəri Gülsana İsmayılzadə: "Fərqimiz üstünlüyümüzdən ibarətdir"
- Gülsana xanım, kursunuza hansı yas qrupuna aid uşaqlar qəbul edilir?
- Kursumuzda hər yaş qrupu uşaqlarının qəbulu mümkündür. Məktəbəqədər, 1-4cü siniflər, 5-11ci siniflər.Müəllimlər üçün isə təlimlərimiz (Mental Arifmetika,Oxu Təlimi,Xətt təlimi,Məntiq) keçirilir.
- Onlara hansı xidmətləri təklif edirsiniz?
- Bizim xidmətlərimiz yalnız özümüzə məxsus olan proqram əsasında keçirilir. İstər Məktəbəqədər proqram, istərsə də ibtidai siniflər üçün proqram.
-Qısa zaman ərzində Oxumadan əziyyət çəkən şagirdlərimizin oxu problemi həll olunur.
-Oxu təlimi dərslərimiz
Kursun proqramına daxildir:
- Həcalayaraq oxumağa son
- Hərfləyərək oxumağa son
- Xüsusi texnikalar ilə oxu sürətini artırmaqda kömək olur uşaqlara
-Xüsusi hazırlanmış qaydalar əsasında keçirilir
-Müddəti 1ay
-Yazısı yaxşı olmayan şagirdlərimizin "Düzgün yazı necə olmalıdır?" proqrami əsasında 1aya bu problemini düzəldirik.
-Məntiq dərslərimiz (1-11ci sinif uşaqları üçün)
-Məntiq dərslərimiz
sınaq,lisey,olimpiadaya hazırlaşan şagirdlər üçün nəzərdə tutulun
-Mental Arifmetika dərsləri (5-15 yaşlı uşaqlar)
-Mental arifmetika dərsləri xüsusi proqram və dərsliklər əsasında barmaq və abacüslə beynəlxalq təlimçi tərəfindən tədris olunur.
-Dərs müddəti: həftədə 2 dəfə olmaqla 1 saat
-Kurs müddəti: 5-6 ay
-Dərslər qrup və fərdi şəkildə olmaqla canlı və online şəkildə tədris olunur
- Digər kurslardan fərqiniz nədədir?
-Fərqimiz üstünlüyümüzdən ibarətdir.Dərslərimiz uzadılmadan qısa şəkildə və yüksək nəticələrlə tədris olunur.Digər kursların 3-4 aya aldığı nəticəni biz ilk aydan alırıq.
- Hansı fənnləri tədris edirsiniz?
- Mən İsmayılzadə Gülsana,kursun rəhbəri həm də idarəedici müəlliməm.Mental Arifmetika,özümə aid olan Oxu təlimi,Xətt təlimi,Məntiq dərslərini tədris edirem.
- Bu mövzu ilə əlaqədər valideynlərə nə dəmək istərdiniz?
- Çalışın kurs seçimində,müəllim seçimində yanılmayasınız.Əsas görünüşə və reklamlara aldanmayıb,nəticəyə baxaraq övladlarınızı işinin əsl peşəkarlarına əmanət edəsiniz.Müəllim-şagird-valideyn üçbucağının yaradılması dəstəkləyici və effektiv təlim mühitinin yaradılması üçün vacibdir.Müəllimlər, şagirdlər və valideynlər birlikdə işlədikdə, hər bir şagirdin hərtərəfli inkişafını və təhsil artımını təmin edən vahid cəbhə yaratmaq mümkündür.
Ünvan: Yeni Yasamal. "Yasamal Mall"a üzbəüz, Rahat marketin binasının həyəti"
Əlaqə nömrəsi: (050) 358 72 72