Həkim-kosmetoloq Zəhra Həsənova: "Bu qədər insanın sevgisini qazanacağım ağlıma gəlməzdi"
- Zəhra xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə hər zaman marağım olub. Əvvəlcə özüm üçün bu sahəni öyrəndim. Çünki baxımlı olmağı xoşlayıram. Heç işləmək fikrim yox idi. Əvvəlcə tibb kollecini bitirdim. Daha sonra kosmetoloji prosedurlarla bağlı təhsil aldım. Yavaş-yavaş işləməyə başladım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Hal-hazırda da Türkiyənin Atatürk universitetinin tibbi idarəçilik fakültəsində qiyabi təhsil alıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bütün kosmetoloji prosedurları icra edirəm. Heç bir istisna yoxdur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Xanımlar daha çox mimiki qırışlarla, dodaq və burun deformasiyaları ilə bağlı müraciət edirlər. Bəylər isə saç tökülməsinə görə gəlirlər.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan gördüyüm işdən yaxşı nəticə və zövq almaqdır.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv biriyəm. Ünsiyyətciləm. Amma sərt tərəflərim da olur (gülür)
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Həddindən artıq edilən kosmetoloji prosedurlar "yox" deyirəm. Mən hər zaman təbiiliyi qoruyub saxlamağın tərəfdarı olmuşam.
- Tələbələriniz varmı?
- Bəli, hal-hazırda iki tələbəm var.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, süni dolğulardan qaçsınlar. İstifadə etdikləri preparatları yaxşı-yaxşı araşdırsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu sahədə bu qədər uğur qazanacağım və bu qədər insanın sevgisini qazanacağam.
Əlaqə nömrəsi: (055) 679 98 98