Klinik psixoloq Səbinə Şirəlizadə uşaqlarda təşviş pozuntularından danışdı
Uşaqlarda təşviş pozuntuları
Uşaqlarda təşviş pozuntuları uşağın normal inkişaf prosesinə təsir edən və ya zamanla keçməyən ciddi problemlərə çevrilə bilər. 0-3 yaş dövründə uşaqların təməl ehtiyacları; yemək, içmək, uşaq bezlərini təmizlmək kimi əsas ehtiyaclar nizamlı şəkildə qarşılansa , qayğı və sevgiylə yerinə yetirilərsə, uşaqda dünyanın yaxşı bir yer olduğu, təhlükəsiz bir mühitdə olduğu hissi yaranar və anlayacaq ki, narahat olmağa ehtiyac yoxdur. Ancaq əksinə, əsas həyati dəstəklər vaxtında qarşılanmadıqda, narahatlıq prosesi başlayacaq.
2.Uşaqlarda ən çox rast gəlinən təşviş pozuntuları hansılardır?
Ümumiləşdirilmiş Anksiyete Bozukluğu (GAD): Uşağın ümumi qeyri-müəyyənlik hissi və gələcəklə bağlı daimi narahatlığı.
Sosial fobiya: Sosial vəziyyətlərdə həddindən artıq utancaqlıq və narahatlıq.
Ayrılıq Anksiyete Bozukluğu: Valideynlərdən və ya baxıcılardan ayrılma nəticəsində yaranan həddindən artıq narahatlıq.
3.Uşaqlarda təşviş pozuntularının simptomları nələrdir?
Uşaqlarda narahatlıq pozuntuları tez-tez fərqli simptomlar göstərir.
1.Simptomları
Fiziki simptomlar: qarın ağrısı, baş ağrısı, ürəkbulanma kimi somatik şikayətlər.
Emosional simptomlar: Narahatlıq, qorxu, aqressivlik kimi emosional reaksiyalar.
Davranış simptomları: çəkinmə, utancaqlıq, aşırı mükəmməliyətçilik
Sosial simptomları: sosial vəziyyətlərdən qaçınma, dostları ilə münasibətdə problemlər
4. Səbəblər?
Genetik faktorlar: Ailədə narahatlıq pozuntusu olan şəxslərin uşaqlarında risk daha yüksək ola bilər.
Ətraf mühit faktorları: Travmatik hadisələr, ailə problemləri və məktəb çətinlikləri kimi ətraf mühit amilləri narahatlıq pozuntularına səbəb ola bilər.
Bio-psixososial təsirlər: Bioloji, psixoloji və sosial amillərin qarşılıqlı təsiri nəticəsində baş verə bilər.
4. Müalicə və Dəstək:
Psixoterapiya: Fərdi terapiya və ya ailə terapiyası uşaqlara narahatlıqlarının öhdəsindən gəlməyə kömək edə bilər.
Oyun terapiyası: kiçik yaşlı uşaqlarda emosional ifadəni artırmaq üçün istifadə edilə bilər.
Dərman müalicəsi: Ağır hallarda mütəxəssis həkimin təyin etdiyi dərmanlardan istifadə etmək olar.
5.Qarşısının alınması:
Sağlam Ünsiyyət: Uşaqlarla hissləri barədə danışmaq və açıq ünsiyyət qurmaq vacibdir. Uşaqların narahatlığını azaltmaq üçün ailələri maarifləndirmək vacibdir.
Təhlükəsiz Mühit: Uşaqlara dəstəkləyici, təhlükəsiz mühitin təmin edilməsi narahatlıq riskini azalda bilər.
Uşağın yaşadığı narahatlıq əlamətləri davamlı olarsa və ya onların həyatına mənfi təsir edərsə, uşaq psixiatrı və ya psixoloqu ilə məsləhətləşmək faydalı ola bilər.
Əlaqə nömrəsi: (070) 260 35 91