Klinik psixoloq Xəyalə Bədəlova: "Psixoloqa müraciət etməkdən qorxmayın!"
Klinik psixoloq Xəyalə Bədəlova: "Psixoloqa müraciət etməkdən qorxmayın!"
- Xəyalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu səhəyə sevərək gəlmişəm. Yaxşı ki, gəldim. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Görüləsi işlərim hələ çoxdur (gülür).
- İş prinsipiniz nədən ibarətdir?
- Vicdanlı olmaq əsas iş prinsipimdir.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Ən çox yeniyetmə və böyüklərlə işləyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox ailə problemləri, panik atak, təşviş, həyəcan və bu kimi başqa psixoloji problemlərlə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Qorxuya "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Səbrli və ədalətli biriyəm.
- Oxuculara nə məsləhət görərsiniz?
- Oxuculara demək istərdim ki, psixoloqa müraciət etməkdən qorxmasınlar. Hər bir problemin üstünə vaxtında düşsünlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısını alınması deməkdir.
Əlaqə nömrəsi: (055) 587 83 94