Permanent Master Leyla Əhmədova: "Bu qədər sevgi qazanacağımı düşünməzdim"
Permanent Master Leyla Əhmədova: "Bu qədər sevgi qazanacağımı düşünməzdim"
- Leyla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sənət mənim üçün bir istedaddır. Bir gün YouTube-də videolara baxırdım. Birdən qarşıma bir qaş çıxdı və çox xoşuma gəldi. Fikirləşdim ki, mən də bunu edə bilərəm. Qarşıma məqsəd qoydum və şükür ki, istədiyimə çatdım. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq dörd ildir ki, bu sənətdəyəm və dörd ustanın tələbəsiyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Qaşa aid bütün prosedurları icra edirəm:
Microbleyding (tük effekti) Mikroshading
Ten Ombre Boldbrows
Linerin bütün növləri
Dodağın bütün növləri
Köhnəlmiş qaşların silinib bərpa edilməsi
Tatuların silinməsi
Kiprik qaynağı
Kiprik və qaş laminasıyası və s.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar ən çox qızarmış, göyərmiş qaşlarla bağlı müraciət edirlər və mən də çox şükür öhdəsindən gəlirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sakittəbiətliyəm. Amma o da bir yerə qədər (gülür).
- Ailəlisinizmi?
- Bəli, aiəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, usta seçərkən yüz dəfə ölçüb bir dəfə biçsinlər. Ən əsası, öz gözəlliklərini qorusunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri ozunuz tamamlayin, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər sevilərəm.
Əlaqə nömrəsi: (077) 451 64 35
Instagram: brows_by.leyla
brows_by_leylaaa