Lazeroloq Gülya: "Hər kəslə asanlıqla dil tapmağı bacarıram"
- Gülya xanım, necə oldu ki, lazeroloq oldunuz?
- Mən ixtisasca psixoloqam. Amma birdən-birə bu sahəyə marağım yarandı. Artıq yeddi ildir ki, lazeroloq olaraq fəaliyyət göstərirəm.
- Bəylərlə də çalışırsınız, yoxsa ancaq xanım müştəriləri qəbul edirsiniz?
- Həm bəylərlə, həm də xanımlarla çalışıram.
- Yaxşı bir lazeroloq olmaq üçün nə etmək lazımdır?
- Birinci növbədə oxumaq lazımdır. Bəziləri gedib bir az öyrənib özünü lazeroloq adlandırır. Əslindi bu bir elmdir . Çox incəlikləri var. Mən bu işə gələnə qədər çox araşdırmışam, çox oxumuşam.
- İşdə ən birinci nəyə fikir verirsiniz?
- Müxtəlif xarakterli insanlar gəlir. Mən çalışıram ki, hamısını razı yola salım. Çünki işimdən zövü alıram. İnanın ki, çox insanlar bura mənimlə söhbət etmək üçün gəlir (gülür).
- Xarakter olaraq necə birisiniz?
- Mən çox şən və pozetivəm. Həyatı sevirəm.
- Bəylərlə çalışmaq asandır, yoxsa xanımlarla?
- Mənim üçün fərqi yoxdur. Yenə də deyirəm, mən hər kəslə asanlıqla dil tapmağı bacarıram.
- Daha çox hansı bədən üzvü ilə bağlı müraciət edirlər?
-Xanımlar daha çox bütün bədən, kişilər isə üz, boyun, kürək və s. ilə bağlı müraciət edirlər.
- Nəyə "yox"deyirisiniz?
- Bəzi lazeroloqlar deyirlər ki, hamilə xanımlara lazerin heç bir ziyanı yoxdur. Amma mən hamilə xanımları qətiyyən qəbul etmirəm. Çünki nəticə etibarilə, şüalanmaya məruz qala bilər.
- Lazerin effektini almaq üçün neçə seans lazım olur?
- Ən azı 8-12 seans lazımdır ki, istədiyimiz nəticəni alaq. Amma orqanizmdən çox şey asılıdır. Adam var ki, onda beş seansdan sonra istədiyimiz nəticəni alırıq.
- Tüklərdən birdəfəlik azad olmaq mümkündürmü?
- İnsan var olduqca, tüklər də olacaq. "Tüklərdən birdəfəlik azad edirəm" deyən lazeroloqlara inanmayın. Çünki belə bir şey mümkün deyil.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamalayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, insanlar tərəfindən bu qədər sevilərəm.
Əlaqə üçün: (055) 5183135