Estetik uzman Xanım Afandi: "Aşırı dərəcədə olunan prosedurların əleyhinəyəm"
- Xanım xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım uşaqlıqdan olub. Həyatda seçdiyim hər bir seçim bu sahəyə yönəlik olub. Düzdür, arada başqa sahəyə yönəlmə olsa da bunun məni xoşbəxt etmədiyini gördüm və sonra ixtisasımı təkmilləşdirməklə peşəmə profisional şəkildə sahiblənmək qərarı aldım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Ümumilikdə on üç ildir ki, iş həyatındayam. Amma bu sahə üzrə 3 ildən çoxdur ki, çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Əslində mənim ixtisasım estetik uzmandır. İxtisasım üzrə bir çox işləri icra edirəm. Kosmetoloji prosedurlar da onlardan biridir. Və pasiyentlərin üz nahiyyəsində istədiyi bir çox prosedurları bərpa etməyə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan pasiyentin məndən hər bir halda razı getməyidir. Bunun üçün də əlimdən gələn hər bir şeyi edirəm.
- Son zamanlarda xanımlar vizual olaraq bir-birlərinə bənzəməyə başlayıblar. Bunu nə ilə əlaqələndirirsiniz?
- Çünki bizim xanımlarımız trendləşməyi xoşlayırlar. Məsələn, xarici aktrisalara baxıb gəlib onların üz quruluşuna sahib olmağı istəyirlər. Bəzi "kosmetoloqlar" da onların istəyini yerinə yetirirlər. Amma mən bacardığım qədər standartlardan qaçmağa çalışıram. Çalışıram ki, təbiiliyi hər zaman qoruyum.
- Sizcə, bir xanımın daha gözəl görünməsi üçün onun simasında hansı üzvü gözəl olmalıdır?
- Mənim fikrimcə, bir xanımın ilk növbədə daxili gözəl olmalıdır. Vizual olaraq isə hər bir xanımın siması indivudualdır. Ona görə də konkret nə isə demək çətin məsələdir. Ümumi olaraq isə dərinin keyfiyyəti yaxşı olmalıdır.
- Hər bir kosmetoloqun siması onun "passport"udur. Siz özünüzə hansısa bir kosmetoloji prosedur edirsinizmi?
- Bəli, edirəm. Amma məni görənlər deyirlər ki, məndə aşırı dərəcədə heç bir prosedur yoxdur. Ümumiyyətlə, hər bir kosmetoloji prosedur korreksiya məqsədi ilə olmalıdır. Mən hər zaman bunun tərəfdarıyam.
- Xarakter olaraq necə birisiniz?
- Kənardan kobud və sərt göründüyümü deyirlər. Amma elə deyil. Qarşımdakı insana görə dəyişirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir estetik uzman olaraq nəyə "yox" deyirsiniz?
- Aşırı dərəcədə olunan kosmetoloji prosedura birmənalı olaraq "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Çalışsınlar ki, üzlərində bir problem görən kimi dərhal hərəkətə keçsinlər. Çünki vaxtında olunan hər doğru müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Hələ ki, ağlıma gələn hər bir şey başıma gəlib (gülür).
Əlaqə nömrəsi: (050) 888 93 83