2023-cü ilin nəaliyyətləri və 2024-cü ilə yeni arzularla... Sizin Dr. Nəbiyeva
- Dr. Nəbiyeva, 2023-cü il sizə nə ilə yadda qaldı?
- İlk olaraq öz sağlamlığını və yaxınlarının sağlamlığını klinikamıza əmanət edən bütün xəstələrə “təşəkkür edirəm” demək istəyirəm. Biz müasir tibb elminin ən son nailiyyətlərini mənimsəyərək, məhz sizin üçün işləyirik və inkişaf edirik.
2023-cü ilin ən gözəl xatirələrindən biri isə, sərbəst etdiyim ilk əməliyyatlarımdan biri oldu.
- Bu il sizə ən çox hansı diaqnozlarla xəstələrin müraciət etdiyini sadalaya bilərsinizmi?
- Statistikaya əsaslanaraq, xəstələr “Baş və boyun şişləri” şöbəmizə daha çox iki diaqnozla müraciət ediblər: üz dərisinin yenitörəmələri və qalxanvari vəzin xərçəngi.
- Siz və həmkarlarınız konfranslarda, elmi və praktiki tədbirlərdə iştirak edirsinizmi?
- Təbii ki, bu sualın üzərində bir qədər ətraflı dayanmaq istərdim. Bu il çox maraqlı konfranslar keçirilmişdir və mən dinləyici və məruzəçi kimi iştirak edə bildim.
2023-cü ildə tezislərim ATUREK, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətinin Aktual Problemləri” elmi-praktiki konqres və Milli dirçəliş gününə həsr olunmuş Milli Onkologiya Mərkəzinin gənc alim və mütəxəssislərinin elmi-praktiki konfransı kimi konfransların toplularında dərc olundu.
- Dekabr ayında keçirilən “Sağlamlığımızın sabahı” rezidentlərin elmi-praktiki konfransında “Azərbaycanda bazal hüceyrəli karsinomanın cərrahi müalicəsinin nəticələri” mövzusuna həsr olunmuş maraqlı və aktual çıxışımı da, qeyd etmək istərdim.
- Sizə daha bir sual verim – 2024-cü il üçün planlarınızı bizimlə paylaşa bilərsinizmi?
- Düşünürəm ki, qarşıdakı ildə əsas vəzifəm onkoloji xəstəliklərin müalicəsində müsbət tendensiyaları saxlamaq və bu xəstəliklər zamanı aparılan cərrahi müdaxilələr sahəsində biliklərimi genişləndirmək olacaq.
- Sonda - saytın oxucularına bir arzunuz?
- Sizə bütün ideyalarınızın və planlarınızın həyata keçməsini arzulayıram! Hər kəsə cansağlığı və firavanlıq arzu edirəm!
Instagram : Dr.nabiyeva_gulnar
[email protected]