Həkim-kosmetoloq Yeganə Nəsirova: "Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir"
- Yeganə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən iki ali təhsil almışam.
Bu sahəyə marağım həkim ailəsindən olmağımımdan irəli gəldi və ikinci peşə kimi seçdim.
- Neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 7 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Çalışıram ki, xanımlara təbii üz cizgilərini və mimikalarını itirmədən gözəllik bəxş edim. Əsas iş prinsipinin budur.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Üzə cərrahi müdaxilə etmədən, hər növ kosmetoliji prosedurlar icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar saç tökülməsi və sızanaqlar ilə bağlı müraciətlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Gənc yaşda xanımların daha çox özlərini kino "ulduz"larına bənzədərək abartılı görunmək istəmələrinə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakterli insanam. Olduğum kimi şükür qəbul edilirəm.
- Ailəlisinizmi?
- 19 ildir ailəliyəm. İki oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Çalışın ki, təbii görünüşdən kənar çıxmayın və hər zaman baxımlı olun deyərdim.
- Mən bu peşəni seçərkən ağlima gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, pasiyentlərimin tam razı qalacağı biri və sevimlisi olacağam.
Əlaqə nömrəsi: (050) 339 47 00
Instagram: doc.yegane