Məktəbəqədər təhsil üzrə mütəxəssis Gülnar Əmiraslanova: "Uşaqların dünyasında olmaq zövqvericidir"
- Gülnar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İlk ixtisasım ibtidai təhsilin metodikası idi. Lakin mən bu sahədə özümü görə bilmirdim. Ona görə də ikinci təhsilimi məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə aldım. Kənardan bu iki ixtisas arasında çox fərq görmürlər (bu da yaş həddlərinə görə ) Lakin hər birinin özünə məxsus incəlikləri var. Kiçik yaşlı uşaqlara olan bu sevgim məni bu sənətə gətirdi
- İşinizin özəlliyi nədən ibarətdir?
- Çalışdığım bu sahənin ən sevdiyim tərəfi təbii ki, uşaqlardır. Onların dünyasında olmaq zövqvericidir.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Bu sahə üzrə 10 ildən çoxdur çalışıram.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Mən daima axtarışda olan , yeniliklərə açıq olan biriyəm. Ölkəmizdə məktəbəqədər sahə üzrə çatışmayan tərəfləri düzəltmək, bu yöndə faydalı olmağa çalıram. Bu fikrin üzərindən gedərək 1-2 və 2-3 yaşlı uşaqlar üçün kitablar yazmışam.
- Kitablarınız haqqında məlumat verə bilərsinizmi?
- Kitablarım erkən inkişaf proqramına əsaslanaraq 1-2 yaşlı uşaqlar üçün “Mənim ilk kitabım” , 2-3 yaşlı uşaqlar üçün isə “Mənim sevimli” kitabım adlı kitablardır. Bu kitablar nitq inkişafı ləngiməsi olan , eyni zamanda digər yaş qrupu uşaqlar üçün nəzərdə tutulub. Kitablar uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq , rəngarəng şəkillərlə , əsrarəngiz formada tərtib edilib. İstifadə edən hər uşağın sevimli kitablarıdır).
- Sizcə məktəbəqədər təhsil uşaqlara niyə öyrədilir ? Bu nə qədər vacibdir ?
- 1-6 yaş məktəbəqədər yaş dövrü hesab edilir. Bu dövrdə verilən təhsil uşağın sosial - emosional, problem həlletmə, yaşıdları ilə ünsiyyətə girmə bacarığını inkişaf etdirir. Eyni zamanda uşaq məktəb dövrünə də hazır olur. Məktəbəqədər təhsil vasitəsilə uşaqların əqli, fiziki, yaradıcı potensialının ,estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin və ən önəmlisi şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.Bütün bu sadaladıqlarım məktəbəqədər yaş dövrü üçün önəmli hesab edilir.
- Valideynlərə pedaqoq kimi nəyi tövsiyyə etmək istərdiniz?
- Hər bir valideynin vəzifəsidir ki, övladının erkən yaşdan əxlaqi , intellektual, fiziki inkişafına şərait yaratsın. Buna görə də uşaqlara zaman ayırmaq , onlara ehtiyacları olduqları mənəvi dəyəri vermək lazımdır. Ən önəmlisi isə uşaqların psixoloji , fiziki durumuna zərər verəcək texnoloji vasitələrdən uzaq tutsunlar.
Əlaqə nömrəsi: (070) 833 75 74