Psixoloq Nərminə Cəfərova: "Dərs çalışmaq zövq alaraq edilən bir şey deyil"
Adətən valideynlərin, ən çox da anaların ən çox şikayətləndiyi mövzu "Mənim övladım dərs oxumaq istəmir, məcbur etməsəm oxumaz " və s. bu kimi məqamlar. Amma araşdırmalar göstərir ki, bunun səbəbləri var.
Dr. Oktay Aydının araşdırmasına əsasən uşaqların dərs calismamaqlarinin fərqli səbəbləri olsa da( hər uşağa görə) ortaq səbəbləri də var. Bu şagirdlik dövrünü başa vurmuş bütün insanların ortaq nöqtəsidir.
Əslində dərs çalışmaq zövq alaraq edilən bir şey deyil. Çünki dərs kimi bizə təqdim olunan mövzuları biz müəyyən etmirik, bizdən kənar biriləri tərəfindən müəyyən olunur. Təbii olaraq da bu heç kimsəyə həyəcanlı gəlmir.( məs.oyunlar kimi). Hətta deyə bilərik ki, bir uşağın dərs çalışmaq istəməməsi daha təbiidir.( nəinki çalışması).
Dərs çalışmanın mükafatı çox uzun zaman sonra universitet, sınaq -imtahan və ya mir məslək sahibi olduğunda alınır. Və düşünəndə ki, bunu təhdid edən amillər var- televizor, kompüter, kino, dostlara gəzmək və s. Bu zaman məsələ bir az da aydınlaşır.
Çünki uşaq bu zaman həzz alır.
Bir uşağın dərs çalışa bilməsi üçün indiki həzzdən vaz keçib uzunmüddətli sıxılmanı gözə almaq gərəkdir. Bu da çox vaxt beynimizin seçiminə uyğun gəlməyən bir durumdur. Çünki beynimiz ən qısa müddətdə həzz verən fəaliyyətə yönəlməyi sevər. Bax bu səbəblə uşaqların dərs çalışmaq istəməməsi bir günah deyil, beyinlərinin seçimidir. Amma bunun bir üsulu varmı ki, uşaqları oxumağa təşviq etmək üçün: əlbəttə var. Növbəti məqaləmizdə bu qaydalardan danışacağıq.
Əlaqə nömrəsi: (055) 248 64 41