Tərbiyəçi müəllim Sevinc Məmmədova: "Bu işin bu dərəcədə çətin olacağı ağlıma gəlməzdi"
- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ali təhsili bitirdikdən sonra Mingəçevir şəhər 10saylı "Qərənfil" uşaq bağçasında Tərbiyəçi assistenti vəzifəsinə təyin olundum.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2007-ci ildən 2023-cü ilin oktyabr ayına qədər yəni 16il bu müəssisədə işləmişəm. Hal-hazırda Mingəçevir şəhər 13saylı "Səhər" körpələr evi uşaq bağçasında Tərbiyəçi Müəllim vəzifəsində çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İşlədiyim müddətdə vəzifəmə uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğul olmuşam. Belə ki əqli qüsurlu, nitq qüsurlu uşaqların sağlam uşaqların vəziyyətinə gətirib çatması üçün gündəlik zəhmət tələb edən peşəni sevərək və bacarığımla onları sağlam mühitə uyğunlaşdırmaq üçün çalışmışam.
- İş prinsipiniz nədən ibarətdir?
- Prinsipim körpə fidanları çox sevdiyim üçün onların gələcək həyatda savadlı olması, bilik və bacarığımı onların yolunda sərf edirəm və bu prinsiplə işləyərək işimi sevərək davam etdirirəm.
Müraciətlər əsasən valideynlər tərəfindən olunur. Bildirirlər ki uşaqlarımızın qrupdaxili şəraiti qənaətbəxş deyil.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq onu deyə bilərəm ki, uşaqların təlim və tərbiyəsi üçün Tərbiyəçi müəllimlərin keyfiyyətsiz və bacarıqsız iş görmələrinə "yox" deyərdim.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq çox zəhmətkeş və tələbkaram.
- Ailəlisinizmi?
- Subayam. 2 övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara onu məsləhət görürəm ki, həyatda istəkləri və arzularının həyata keçirmək uğrunda mübariz olsunlar, ruhdan düşməsinlər və tutduğu vəzifədən asılı olmayaraq işinə vicdanla yanaşsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, iş bu dərəcədə mürəkkəb və çətin olar.
Əlaqə nömrəsi (077) 615 72 15