Azərbaycanda ilk OnkoDietoloqlar sırasından Aysel Abdullayeva: "Az kalorili qidalanaraq sürətli çəki verməy ilə razı deyiləm"
- Aysel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən dietoloq nutrisioloq Aysel Abdullayeva. Sağlam qidalanma mütəxəssisiyəm. Artıq çəkidən əziyyət çəkən, çəki almaq istəyən, xəstəliklər zamanı düzgün qidalanmaq istəyən və sağlam qidalanaraq xəstəliklərdən uzaq olmaq istəyən insanlara köməklik edirəm. Sonra isə ANDOP akademiyası ilə Milli onkologiya mərkəzinin tərtib etdiyi yeni lahiyyədə ilk OnkoDietoloqlar sırasından məzunam. Onkodietoloq xərçəng xəstəliyindən əziyyət çəkən insanların çəkisini nəzarətdə saxlayır . Şiş hüceyrənin yerinə görə, xəstənin aldığı terapiyaları və əməliyyatdan öncə əməliyyatdan sonra, xəstənin həyat tərzini, xəstəliylə bağlı yaşadığı problemləri nəzərə alaraq düzgün balanslı qidalanma proqramı tərtib edir və pasiyent buna riayət edərsə sağalma erkən müşahidə olur və ölüm riski azalmış olur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkən insanlar və obezitədən əziyyət çəkən insanlar müraciət edir.
- İş prinspiniz nədən ibarətdir?
- İş pirinsipim insanları stressə salmadan, sağlam və balanslı qidalanaraq çəki verdirmək və çəki aldırmaq. Çünki, stress çox önəmli mövzudur. Stressə düşən insanın həyat keyfiyyəti pozulur, proqrama da riayət edə bilmir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Az kalorili qidalanaraq sürətli çəki verməy ilə razı deyiləm. Çünki, az kalori alaraq sürətlə çəki vermək istəyirlər, bu zamanda orqanizmin ehtiyacı olduğu enerjini almadıqları üçün xəstəliylərin yaranmasına, çəki vermede direnç yaşamaqa və verdiyi çəkinin yenidən sürətlə geri alınmasına səbəb olurlar.
- Xarakter olaraq necə birisiniz?
- İnsanları anlayan, mülayim, qəlb qırmağı sevməyən, bağışlamaqı bacaran bir insanam.
- Ailəlisinizmi?
- Bəli, 14 ildir ailəliyəm və iki oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Sağlam, balanslı qidalanaraq və stressi idarə etməyi bacararaq xəstəliklərinin qarşısını alıb, sağlam yaşamağı məsləhət görürəm. Çünki xəstəliklərin yaranma səbəbi ilk stress sonra isə qeyri-sağlam qidalanmalıdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçəndə ağlıma gəlməzdi ki, bu qədər insanlara faydalı olub və onlarla tərəfdən sevilərək xoş xeyir dualarını alaram. Bunun səbəbi isə öz sahəm üzəri çox araşdırmalar aparmağım və özümün də bu yollardan keçməyimdir ki pasiyentlərimi çox gözəl anlayıram.
Obeziteden əziyyət çəkən bir insan kimi dietologiya da çox araşdırmalar aparıb oxuyurdum və bir gün qərar verdim ki, dietologiya sahəsinin təhsilinin alım.
Əlaqə nömrəsi: (055) 858 68 66