Praktik psixoloq, psixoterapevt Kəmalə Zeynalova: "Ağlıma gəlməzdi ki, bu işi məsuliyyəti daha ağırdır"
- Kəmalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Kiçik yaşlardan mənim bu sahəyə marağım vardı.Ziyalı ailəsində doğulub böyüdüyüm üçün istənilən kitabları tapmaq mümkün idi.Ümumi psixologiyanı 9 -cu sinifdə təhsil aldığım zaman oxumuşdum.Diqqətimi çəkmişdi.İlk təhsilim ibtidai təhsilin pedaqoqikası və metodikası olmağına baxmayaraq, ikinci təhsilimi psixologiya ixtisası üzrə almışam.Hal -hazırda da Odlar Yurdu Universiteti nəzdində psixoterapiya ixtisasını və Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində Ailə psixologiyası kursunu öyrənirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 14 ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Sahəm üzrə ilk növbədə özümü təkmilləşdirərək insanları bu sahəyə qarşı maarifləndirirəm. Psixoloji dəstəyə ehtiyacı olan insanlara vicdanla yardım etməyə çalışıram.Çünki mən rayonda yaşayıram,burada insanların düşüncə və yanaşmaları fərqli ola bilir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Əsasən kiçik yaşlı uşaqlarla,yeniyetməlik yaş dövründə olan böhranlar və ailədaxili münasibətlər haqqında müraciətlər üstünlük təşkil edir.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Əslində "yox"deyəcək çox nüanslar var.Psixoloq olaraq yox ,bir ana olaraq ,qadın olaraq ,cəmiyyətin bir üzvü olaraq cahiliyyə, nadanlığa,savadsızlığa, haqsızlığa yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Bekar qalmağı sevmirəm,vaxtımı dəyərləndirməyi xoşlayıram.Doğru bildiyim yoldan dönməyən biriyəm,özümə qarşı tələbkaram.
- Ailəlisinizmi?
- Ailəliyəm,iki oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim odur ki, daha çox mütaliə edib yaşanan və yaşanacaq hadisələri düzgün təhlil etməyi,mübarizə aparmağı,"yox" deməyi, özləri olmağı bacarsınlar.Çətinlik hər zaman hər yaşda var.Getdiyimiz yolda çətinlik və maneə yoxdursa ,o yol bizi heç bir yerə çatdırmaz.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəmhət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, dərin və geniş bir sahədir.Və ağlıma gəlməzdi ki, bu işin məsuliyyəti daha ağırdır.
Əlaqə nömrəsi: (050) 366 17 70