Uzman Klinik Psixoloq Nigar Novruzlu: "Özünüzə mənəvi olaraq investisiya etməyi unutmayın!"
- Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İnsan çox mürəkkəb varlıqdır. İnsan beyni, zehni isə daha da qarışıqdır. Bu mürəkkəbliyi anlamaq, dərk etmək , mexanizmanın dərinliyi öyrənmək hər zaman maraq dairəmdə olub. Bu maraq isə kariyeramda yüksək motivasiyası verib.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2 ildir ki, bu sahədə praktik şəkildə psixoterapiyalar icra edirəm. Artıq son 1 ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Yetişkinlər və yeniyetmələr ilə hər psixopatolojik xəstəliklərin psixoterapiyası ilə məşğulam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Müraciət edənlərin arasında təşviş pozuntusu, buna arxa fonda olaraq depressiya, panik atak şikayətləri daha artıqdır. Təbii ki, bu şikayətlər ilə normadan artıq olması heç bir şəkildə məni təəccübləndirmədi. Yüksək təzyiqkar cəmiyyətdə geniş bir şəkildə təşviş pozuntusu ilə qarşılaşmaq olduqca normaldır. Təəssüflər olsun ki, bir insanda tək tük hallarda sadəcə bir xəstəlik ilə qarşılaşıram. Əksər hallarda 2 və ya 3 xəstəliklər də paralel şəkildə olur.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Bir psixoloq olaraq psixoterapiya etik qanunlarına zidd olan hər şeyə "yox" deyirəm. Çünki işdə etik bir şəkildə çalışmaq insanın mənəviyyatını əks etdirir.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq necə birisiniz?
-Çox anlayışlı və toleranslı, həyatda prinsipləri olan birisi olan birisi olaraq tanıda bilərəm. Amma prinsiplərim vəya "şəxsi zona" görməzdən gəlinildiyi zaman tolerantlığı azala bilən bir qadın.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
-Oxuculara bir çox şeyləri məsləhət görə bilərəm. Amma ən önəmli olanlar qeyd edəcəm. Birincisi, özünüzün duyğu və düşüncələrinizi ifadə etməkdən çəkinməyin. İkincisi, sizi narahat edən və xoşbəxt etməyən situasiyalara vəya təkliflərə "yox" deməyi bacarın. Üçüncüsü, öz "şəxsi zona"nızı yaradın və insanlara bu incə çizgiyə toxunulmamasını insanlara öyrədin. Dördüncüsü, özünüzü zaman ayırın, içinizdəki "mən" dən qorxmayın, çəkinməyin. Özünüzə mənəvi olaraq investisiya etməyi unutmayın!
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, insanlara qarşı məsafəli olaram (gülür).
Əlaqə nömrəsi: (070) 803 81 81
Instagram: uzm.klinikpsixoloq_novruzlu