Psixoloq Tovuz Hacıyeva: "İnsan gücünü özünüz ifadədən alır"
- Tovuz xanım, necə oldu ki, psixoloq olmaq qərarına gəldiniz?
- Psixologiya mənim ikinci təhsilim və peşəmdir. İlk ali təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində almışam. Ana olduqdan sonra bu sahə məni cəlb etməyə başladı, əlbəttə qardaşımın və həyat yoldaşımın da bu sahəyə yad olmamaqları bu həvəsi çox sürətli formada istəyə çevirdi. Daha sonra bu sahədə ikinci ali təhsil, bir çox beynelxalq sertifikatlar, yerli və fərdi təlimlər almışam.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 3 ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Yeniyetmələrlə, böyüklərlə və ailələrlə psixoloq olaraq çalışıram və eyni zamanda təlimçi kimi fəaliyyətim davam edir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Qorxular, fobiyalar, panik atak kimi bir çox psixoloji narahatlıqlar və travmalar; yeniyetmələrdə daha çox həyəcanlılıq, təşviş pozuntuları, ailə daxili münasibətlərdə problemlər; cütlüklər arasında anlaşmazlıq, ailə münaqişələri və s. məsələlərlə bağlı müraciətlər daha çox olur.
- Bir psixoloq olaraq nəyə "yox", deyirsiniz?
- "Yox" demək lazım olan hər bir situasiya, vəziyyət, təklifə yox deyirəm.
- İs prinsipiniz nədən ibarətdir?
- Hiss et. Düşün. Yarat!
- Xarakter olaraq necə birisiniz?
- İşini sevərək icra edən, empati qura bilən, dinləməyi bacaran və ən əsasi müşahidəçi biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəyəm. iki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
-İnsan gücünü özünü ifadədən alır. Özlərini həmişə ifadə etməyə çalışsınlar. Yolunu tapanda qorxmamalısan. Səhv etmək üçün kifayət qədər cəsarətli olmalısan.
Səhvlərinizdən öyrənmək müdriklikdir, başqalarının səhvlərindən öyrənmək daha da müdriklikdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, ağlıma gələn başıma gələcək və elə də oldu. 5 il əvvəl nəyi arzu edirdimsə, indi onu yaşayıram və 5 il sonrasını xəyal edirəm.
Əlaqə nömrəsi: (051) 691 26 27