Yaşam koçu, ailə danışmanı Həmidə Yelmar: "Mən öz peşəmlə qürur duyuram"
- Həmidə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uşaqlıqdan insanları dinləməyi çox sevirdim. Hər zaman istəyirdim ki, hər kəsə kömək edim. Bunu da bacarırdım. Bunun üçün də insanın daxilində bir hiss olmaldır ki, qarşısındakı insana o enerjini öturə bilsin. Mən bu enerjini özümdə hiss edirdim. Bundan başqa, öz həyatımda da zaman-zaman çətinliklər olub. Bunları kiməsə danışmaq istəmişəm. Düşünürəm ki, bu da öz təsirini göstərdi. Ona görə də bu sahəyə gəldim. Yaxşı ki, bu işi seçdim. Bu peşəni çox sevirəm və qürur duyuram.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq doqquz ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən yaşam koçu, ailə danışmanı və cinsəl terapistəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Hal-hazırda bizim həm dövlət, həm də mənəvi baxımdan sərbəstliyimiz var. Amma insanlarımız bəzən bu sərbəstliyi yalnış anlayırlar və bundan sui-istifadə edirlər. Sərbəstlik bizə ona görə verilməyib ki, biz həyat yoldaşımıza, dost-tanışımıza qarşı çıxaq, heç bir sərhəd tanımayaq. Ona görə də indiki yeniyetmə və cavanların əksəriyyəti oxumaq istəmirlər, tez təsirə düşürlər və s.
Nəticə etibarilə, cəmiyyətdə xoşagəlməz hadisələr baş verir.
- Xarakter olaraq necə birisiniz?
- Kənardan bəlkə də eqolu və əlçatmaz biri kimi görünürəm. Amma elə deyil. Çox səmimi, istiqanlı və mehriban bir insanam.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Gənclərimizin narkotikə qurşanmasına qəti surətdə "yox" deyirəm. Amma bəzən onlara kömək edə bilmədiyim üçün çox təəssüflənirəm. Elə şeylər var ki, bizim əlimizdə olmur.
- Oxuculara nə məsləhət görürsünüz?
- Kim oluruqsa olaq, amma insan olduğumuzu, hansısa bir valideynin övladı olduğumuzu unutmayaq. Özümüzün də gələcəkdə bir ana, bir ata olacağımızi düşünək. Kim özünə dəyər verirsə, ətrafdakı insanlar da ona dəyər verəcək və onda qarşılığını alacaq.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Çox təəssüf ki, mən indi gənclərimizdə ağlıma gəlməyən şeyləri görürəm. Bir daha deyirəm ki, qarşınıza məqsəd qoyun, nə isə dağıtmağa yox, nə isə qurub-yaratmağa meylli olun.
Əlaqə nömrəsi: (055) 592 40 92