Filoloq Lamiyə Əliyeva: "Saysız uşağın həyatına toxuna biləcəyim ağlıma gəlməzdi"
- Lamiyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan müəllimlik sənətinə marağım olub. Bu da sinif rəhbərimə olan sevgimlə bağlı idi. Ele onun da yolunu davam etmək qərarına gəldim. Sənətimi çox sevirəm. Müəllimlik məncə ən ali, ən gözəl peşədir. Yaxşı ki, müəlliməm!
- Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Artıq on dörd ildir ki, Azərbaycan dilini və ədəbiyyatını tədirs edirəm. Və bununla qürur duyuram.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Çalışıram dilimizin zənginliyini, ədəbiyyatımızın tarixini tək şagirdlərimə deyil, hər kəsə aşılayım.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir filoloq olaraq varvarizmə "yox" deyirəm. Əgər öz sözümüz varsa, niyə alınma sözlərdən istifadə edək axı... Məsələn, "eynək", "gözlük", "çeşmək" kimi sözlərimiz ola-ola axı niyə "açki" deyək?
- Xarakter olaraq nece birisiniz?
- Çox səbrli və təmkinli biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm, iki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara demək istəyirəm ki, dilinizi, vətəninizi, tariximizi sevin və qoruyun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, saysız uşağın həyatına toxuna bilərəm. Və buna görə də özümü xoşbəxt müəllim hesab edirəm.
Əlaqə nömrəsi: (055) 869 10 04
Instagram:azer_baycandiliedebiyyat