Dr kosmetoloq Təhminə Manafi: "Aşırı dərəcədə olan kosmetoloji prosedurların əleyhinəyəm"
Təhminə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim iki diplomum var. Biri həkim dermatoloq kimi, digəri isə İlahiyyatçı kimi. Sadəcə olaraq, cərrahiyyəni uşaqlıqdan sevmişəm. Lakin o sahəyə getməyim alınmadı. Ona görə də özümü kosmetologiya yönəltdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Dəridə və saç diblərində olan bütün problemlərin müalicəsi ilə məşğul oluram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olur?
- Daha çox saç tökülməsi ilə bağlı müraciətlər olur. Bu həm xanımlarda, həm də bəylərdə müşahidə edilir.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasiyentlərimin məndən hər bir halda razı qalması üçün əlimdən gələni etmək mənim əsas iş prinsipimdir.
- Bir xanımı daha gözəl göstərmək üçün onda vacib olan element hansıdır?
- Dərinin təmizliyi və gözəlliyi çox vacib məsələdir.
- Tələbələriniz varmı?
- Tələbələrim çox olub. İndi də yenidən yığım başlayır.
- Bir kosmetoloq olaraq nəyə "yox", deyirsiniz?
- Aşırı dərəcədə olan kosmetoloji prosedurlara qəti surətdə "yox", deyirəm.
- Yaxşı kosmetoloq olmaq üçün birinci növbədə nə lazımdır?
- İlk növbədə işi sevmək lazımdır. Əgər işi severək icra edirsənsə, aldığın nəticələr də gözəl olacaq.
- Ən çox sevdiyiniz prosedur hansıdır?
- Daha çox saç müalicəsini sevirəm. Çunki saçın formada olması mənim çox xoşuma gəlir.
- Etdiyiniz prosedurların nəticələrini neçə müddətdən sonra əldə edirsiniz?
- Saç müalicəsində artıq on seansdan sonra nəticə alırıq. Amma dəri problemləri bir az uzun çəkir. Çünki bizdə həm daxili, həm də xarici müalicə gedir. Bir də ki, bu məslədə orqanizmin də təsiri var.
- Xarakter olaraq necə birisiniz?
- Nə varsa, dilimdədir. Ürəyim çox yumşaqdır.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər kəs öz işini yaxşı görsə, pasiyentlər də narazı olmaz. Məsləhətim odur ki, pasiyentlər də bir mütəxəssisə müraciət edərkən onu yaxşı-yaxşı araşdırsınlar. Öz sağlamlıqlarını təhlükəyə atmasınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- İnsanların bu qədər saxtakarlığını görəcəyim ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (055) 389 95 97