Defektoloq-loqoped Pünhanə Pənahova: "Sağlam bir gələcək üçün nitqimizə duyarlı olaq!"
- Pünhanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqları hər zaman çox sevmişəm, hər bir uşağın fərqlı bir dünyası var, əsas məqsədim bu dünyanı kəşf etmək və korreksiya edib önə çıxarmaqdır.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- İki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Hal-hazırda uşaqlarla müxtəlif diaqnozlar üzərində işləyirik. Həmçinin səs pozğunluğu olan böyük yaş qruplu şəxslərlədə korreksion işlərimizi aparırıq.
Bir aya isə özümə məxsus materiallı bir şəkildə Loqopediya kursu təşkil ediləcək.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Autizim, səs pozğunluqları və.s kimi diaqnozlar üzrə müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimdə hər zaman məsuliyyətli olub, valideynlərlə birgə çalışaraq nəticə vermək əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Məsuliyyətli, qarşısına qoyduğu hər hansısa bir məqsədi reallışdırmaq üçün daima çalışan biriyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculura məsləhətim budur ki, bu sahədə işləyən və yaxud da işləməyən hər kəs uşaqları daima sevməli və çox həssas bir şəkildə yanaşılmalıdır. Unutmayaq ki, onlar bizim gələcəyimizdir. Əziz valideynlər, övladınızıda hər hansısa bir diaqnoz müşahidə etdiyiniz halda loqopedə müracitət etməyiniz mütləqdir.
Sağlam bir gələcək üçün nitqimizə duyarlı olaq!
Əlaqə nömrəsi: (077) 271-12-07
Instagram: Defektoloqloqoped_