Parapsixoloq, bioenergetik Şəhanə Sadıxlı: "Bu sahənin içərisində doğulmuş biriyəm"
- Şəhanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bu sahəyə sonradan gəlmiş biri deyiləm. Bu sahənin içərisində doğulmuş biriyəm. Ağır ocaq nəvəsiyəm. Demək olar ki, gözümü açandan spirtual aləmdə olmuşam. Sadəcə olaraq, heç vaxt fal və cadunu qəbul etməmişəm. Ali təhsilli müəlliməm. Bu sahəni qəbul etmədikcə, İlahi tərəfindən ağır cəzalandırılmışam. Sonda təslim olub, spirtual aləmə iyirmi yaşımın sonunda gəlmişəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2019-cu ildən etibarən bu sahə ilə akademik səviyyədə məşgul oluram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Biz əvvəlcə insanları konsultasiya edirik. Nəyə ehtiyacı olduğunu öyrəndikdən sonra həmin yöndə seanslar edib, onları şəfalandırırıq.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir insanın icazəsi olmadan onun enerji sahəsinə nəinki müdaxilə edilməsinə, hətta icazəsiz girilməsinə qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Qul haqqına girməkdən, qəlb qırmaqdan, haram yeməkdən, çox ehtiyat edən biriyəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Şər qüvvələrin daha çox aktivləşdiyi bir zamanda yaşayırıq. İnsan övladı olaraq daima gələcəyimiz bizim üçün maraqlı olduguna görə öz şəxsi iradəmizlə onların oyuncağına çevrilirik. Demək istərdim ki, fal, cadu, tilsim və bu kimi digər işlərlə məşğul olanlardan uzaq olsunlar. Çünki onlar cinlərlə işləyirlər. Bunu da deyim ki, siz həmin insanlara üz tutduğunuz zaman neqativ enerjilərə nəinki özünüzü, hətta sizdən sonra davam edən nəsilləri də qurban verirsiniz. Çünki onlara informasiyanı hansısa şər qüvvələr verir və qarşılığında sizin enerjinizə musallat olur. Çalışın ki, ümumiyyətlə, bu tipli yerlərdən uzaq olasınız.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməyən bir şey olmayıb. Çünki mən bu işi şüurlu şəkildə seçməmişəm. Amma sonra bu işin dərinliklərinə vardıqca gördüm ki, parapsixologiya, kuantum aləm çox dərin və sehrli bir dünyadır. Ağlıma gəlməzdi ki, ətrafımızdakı hər şey öncə enerji aləmində baş verir, ən sonda isə maddi aləmdə üzə çıxır. Məsələn, insanların xəstəlikləri ən son nəticədir. İlk olaraq onların şüuraltıları, ruhları xəstələnir, sonra isə bədənləri. Əmin olun ki, ruhsal sağlam olan hər bir insan sağlam vücüda sahibdir. Ruhu xəstə olanların cismləri də xəstə olur.
Əlaqə nömrəsi: (055) 356 02 52