"Creative kids" tədris mərkəzinin rəhbəri Pərvanə Ələkbərova:"Övladlarımıza qarşı hövsələli, anlayışlı və empati duyğusuna sahib olmalıyıq"
- Pərvanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlara qarşı həmişə sonsuz sevgi və şəfqət duymuşam. Bu, pedaqoji təhsil almağımın, məhz bu sahənin mütəxəssisi olmağımın ən böyük səbəbidir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 7 ildir ki, pedaqoji sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Pedaqoji fəaliyyətim dövründə yalnız ali təhsil diplomumla kifayətlənməmiş, yerli və beynəlxalq təlimlərdə iştirak edərək bir çox sertifikatlara sahib olmuşam. Bununla birlikdə, dəfələrlə pedaqoji tədbirlərin təşkilatçılığını üstlənmişəm.
- Rəhbəri olduğunuz tədris mərkəzində uşaqlara hansı xidmətlər göstərilir?
- “Creative kids” adlı mərkəzimizdə məktəbəqədər hazırlıq, kiçik motorikanın inkişafı, nitq ləngiməsinin bərpası, loqoped və psixoloq, habelə saatlı dayə kimi xidmətlərimiz mövcuddur.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- Mərkəzimizə 2 yaşdan məktəbəqədər yaş aralığında olan övladlarımızı qəbul edirik.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar müraciətlər daha çox psixoloji gərginlik, yüksək aqressiv davranış və nitq qüsurları ilə əlaqəlidir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- “Olmaz” deyilən qadağalara “hə” demək. Həm pedaqoq, həm valideyn tərbiyədə və təhsildə qətiyyətli, israrlı və iqtidarlı olmalıdır. Amma bunu edən zaman uşağın psixologiyası da zədələnməməlidir.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq mülayim, səbirli, diqqətciləm. Necə deyərlər, böyüklə böyük, uşaqla uşağam.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Unutmayaq ki, uşaq bir dəfə böyüyür. Ona görə də övladlarımıza qarşı hövsələli, anlayışlı və empati duyğusuna sahib olmalıyıq.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər gözəl körpə və valideyn tanıyacağam. Məktəbə başladıqları üçün yollarımızı ayırdığımız balalar hələ də mənimlə mütəmadi əlaqə saxlayırlar. Bu sevgiyə layiq olmaq təsəvvüredilməz dərəcədə gözəl hissdir.
Əlaqə nömrəsi: (055) 682 17 06
(050) 551 78 16