"Sulutəpə hazırlıq mərkəzi"nin direktoru Murad Bayramov: "Keyfiyyətimiz və mehriban kollektivimizlə fərqlənirik"
- Murad müəllim, əvvəlcə özünüzu təqdim edin, zəhmət olmasa.
- Mən Murad Bayramov. "Sulutəpə hazırlıq mərkəzi"nin icraçı direktoruyam. Artıq on yeddi ildən çoxdur ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Riyaziyyat fənnini tədris edirəm. Ailəliyəm, bir övladım var.
- Tədris mərkəziniz artıq neçə müddətdir ki, fəaliyyət göstərməkdədir?
- Mərkəzimiz bu ilin may ayından etibarən fəaliyyətə başlayıb. Dörd aydır ki, fəaliyyətimizi Sulutəpədə davam etdiririk.
- Mərkəzinizə hansı yaş qrupuna aid uşaqlar qəbul edilir?
-3-4yaş aralığında olan uşaqlar erkən inkişaf qrupuna, 5-6 yaş aralığında olanlar məktəbəqədər qrupa,6-10yaşa qədər olan uşaqlar ibtidai sinifdə təhsil alırlar. Eyni zamanda, 5-8ci sinif təkmilləşdirmə siniflərimiz və 9-11ci sinif abituriyent siniflərimiz mövcuddur. Bütün bu xidmətlərdən əlavə olaraq mərkəzimizdə loqoped və psixoloq , şahmat, rəsm, rəqs, gimnastika, mental aritmetika dərnəklərimiz və xarici dil kurslarımız (alman, ingilis, fransız, rus və s.) mövcuddur. Qeyd edim ki, bizdə Türkiyə universitetlərinə qəbul ucun YÖS hazırlıq dərsləri də tədris edilir.
- Digər mərkəzlərdən fərqiniz nədir?
- Biz keyfiyyətimizlə, "Dəyər" və "Güvən" nəşrlərinin dərs vəsaitləri ilə uşaqları ödənişsiz təmin etməklə və gülərüz, mehriban kollektivimizlə fərqlənirik.
- İş prinsipiniz nədən ibarətdir?
- Hədəfi düzgün seçmək, məqsədə daha tez nail olmaq, nizam-intizamı qorumaq əsas iş prinsipimizdir.
- Nəticələrinizi neçə müddətdən sonra əldə edirsiniz?
- Nəticələrimiz tədris sahəsinə görə dəyişir. Ortalama olaraq bir aydan altı aya qədər nəticələr əldə edirik.
- Bu ayın 15-i mərkəzinizdə şagirdlər arasında bir imtahan keçirtməyi planlaşdırırsınız. Bu imtahanın mahiyyəti nədən ibarətdir?
- Bizim mərkəzimizdə mütəmadi olaraq "Dəyər" və "Güvən" nəşrlərinin sınaq imtahanları keçirilir. Bu imtahanların keçirilməsində əsas məqsəd şagirdlərin imtahanlara alışqanlıqlarını artırmaq, mövzuları hansı səviyyədə mənimsədiklərini daha aydın şəkildə öyrənmək, imtahanda düzgün zaman bölgüsünü təmin etmək və imtahan həyəcanının aradan qaldırılmasına kömək etməkdir.Onu da qeyd edim ki mərkəzimizdə təhsil alan sagirdlər ücün sınaq imtahanları odənişsiz təşkil edilir.
- Sonda kursunuza bağlı valideynlərə nə demək istərdiniz?
- Əziz valideynlər, əgər övladlarınızın parlaq gələcəyini qurmaq istəyirsinizsə, bizə güvənib, bizim hazırlıq mərkəzimizə gələ bilərsiniz. Bizim əsas məqsədimiz gələcəyimiz əllərində olan gəncləri yetişdirmək, onlara düzgün istiqamət verməkdir. Onu da qeyd edim ki, bizim mərkəzimizdə şəhid ailələrinə təmənnasız xidmət göstərilir. Yəni ki, bütün dərslərimiz ödənişsizdir.
Əlaqə nömrəsi: (010) 526 45 38
Instagram: sulutepe_hazirliq_merkezi