Klinik Psixoloq Zeynəb Rzayeva:"Məqsədim psixologiyanı düzgün tanıtmaq olub"
- Zeynəb xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Psixologiya mənim ikinci təhsilimdir. Uşaqlıqdan xüsusi maraq və istəyim məni bu sahəyə gətirdi. Hal-hazırda B. D. Karavasarski universitetində təhsil alıram və bu ilin sonunda təhsilimi başa vuracağam. "Məktəbim Maştağa" tədris mərkəzində rəhbər və baş psixoloq vəzifəsində çalışıram. Bununla yanaşı, Maştağa mədəniyyət mərkəzində də psixoloq olaraq fəaliyyətimi davam etdirirəm. Bundan başqa, bir neçə bağçada da öz işim üzrə işləyirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Dörd ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. İşimi çox sevirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirisiniz?
- Öz sahəmdə həm maarifləndirmə, həm xüsusi qayğıya ehtiyaclı uşaqlara erkən müdaxilə işini aparıram. Bununla yanaşı, Bakıətrafı kəndlərdə ilk psixoloji və inkişaf mərkəzinin yaradıcısıyam. Xüsusi qayğıya ehtiyaclı uşaqlarla ilk portec proqramının tətbiq edicisiyəm və təlimçi-psixoloq olaraq fəaliyyət göstərirəm.
- Mərkəzinizdə hansı xidmətlər göstərilir?
- Bizim mərkəz həm tədris, həm də inkişaf proqramları üzrə fəaliyyət göstərir. Hər iki sahəyə uyğun olaraq bütün fəaliyyətlər aparılır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox psixoloq və loqopedlərə istənilən yaş qrupuna aid insanların müraciəti daha çoxdur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Qadına şiddətə, uşaq zorakılığına, cahilliyə və maarifsizliyə "yox" deyirəm. Ana nə qədər güclüdürsə, onun övladı da bir o qədər sağlamdır. Ana nə qədər gülürsə, övladı da o qədər xoşbəxtdir. Qadın nə qədər savadlıdırsa, onun ailəsi bir o qədər bütövdür.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və mehriban bir insanam. Bununla yanaşı, prinsipial biriyəm. Hər zaman məqsədim Bakıətrafı kəndlərdə psixologiyanı düzgün tanıtmaq və bu bu sahədə işlər qurmaq olub. Şükürlər olsun ki, bunu bacara bilmişəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Həyatın çətinliklərinə qarşı dözümlü olsunlar, məqsədləri uğrunda mübarizə aparsınlar və şəxsi inkişaf yolunda ciddi addımlar atsınlar.
Əlaqə nömrəsi: (055) 626 93 55
Instagram: Klinikpsixoloq_zeyneb