Pedaqoq,təlimçi,motivator Göyçək Qəhrəmanova: "Hər birimizin məqsədi cəmiyyətə faydalı olmaqdır"
- Göyçək xanım, necə oldu ki, pedaqoq oldunuz?
- Mən 2015-ci il Azərbaycan Dövlət Pedaqoji Universitetinin ,,Məktəbəqədər təlim və tərbiyə"ixtisasına qəbul olmuşam.Peşəmə olan sevgi mənim növbəti dəfə pedaqoji sahədə təhsil almağıma şərait yaratdı.Növbəti dəfə həmin universitetin ,,İbtidai sinif müəllimliyi "ixtisasın bitirdim.Bu sahədə olmağım uşaqlara və peşəmə olan sevgimdən irəli gəlir.Bunlar kompleks olduqda,uğurlu nəticə olur.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 3 ildir ki,bu sahədə fəaliyyət göstərirəm.Həm uşaqlarla,həm də müəllimlərlə işləyirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər zaman mənə müraciət edən şəxslərin fərdi xüsusiyyətlərin nəzərə alaraq ,onlara düzgün yanaşmaq.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Hazırda həmkarlarmız öz üzərlərində çalışıb,insanları maarifləndirirlər.Hər birimizin məqsədi cəmiyyətə faydalı olmaqdır. Ona görə düşünürəm ki,hazırda elə bir məqam yoxdu.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Daim öz üzərimdə çalışır, yenilikləri öyrənir və bunu müdavimlərimə çatdırıram. (Təlimlərdə, seminarlarda, forumlarda iştirak edirəm.)
- Hansı kitabların müəllifisiniz?
- Mənim 2021-ci ildə ,,Motivasiyanın Gücü"kitabım nəşr olunub.
2023-cü ildə isə ,,Məktəbəqədər Vəsait və Test toplusu"kitabım nəşr olundu.Hər bir kitabım oxucular tərəfindən sevilərək oxunulur.
- Xarakter olaraq necə birisiniz?
- Səbrli,ədalətli və məqsədli biriyəm.İstədiyim hədəfə qarşıma məqsəd qoyaraq nail oluram.
- Ailəlisinizmi?
- Subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Daim öz üzərlərində çalışsınlar.Hər zaman öz sahələrindəki yenilikləri araşdırıb,öyrənsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu peşə düşündüyümdən də çətin və məsuliyyətli peşədi. Amma peşəsini sevən hər kəs onu dərindən öyrənib ,istədiyi uğurları əldə edə bilər. Peşəmə olan sevgi məni öz sahəm üzrə kitab yazmağa da sövq etdi.
Pedaqoqla əlaqə/077-549-66-15
İnstagram/pedaqoq_goycek_qehremanova