Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi İlahə Hacıyeva: "Ağlıma gəlməzdi ki, bütün həyatım dəyişəcək"
- İlahə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ünsiyyət mənim üçün böyük əhəmiyyət kəsb edir,insanları tanımaq,onların mənəvi aləmini öyrənmək,nə istədiyyini bilmək hər zaman maraq dairəmdə olub.Məhz bu düşüncə məni bu peşəyə gətirib.
- Neçə ildir ki,bu sahədəsiniz?
-Tələbəlik illərindən bu sahə ilə məşğulam daimi yerli və xarici konferanslarda iştirak edirəm. Psixologiya sahəsi elə bir geniş və dərin elim sahəsidir ki,onu tam öyrənməyə bir ömür yetməz.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanların həyata,ətrafa olan baxış acısını dəyişmək,hər şeyin insanın öz əlində olduğunu onlara dərk elətdirmək,qarşısındakı insanı olduğu kimi qəbul edib,ona dəyərli olduğunu hiss elətdirmək məncə bir psixoloq üçün həyat kredo bu olmalıdı.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?
- Psixologiya sahəsində “UĞUR” qazanıb müxtəlif mövqeylər tutan,lakin öz işinin mütəxəssis olmayan dırnaq arası psixoloqların fəaliyyətini ifşa etmək.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- BDU-nin psixologiya kafedrasında gənclərimizə dərs verirəm.Eyni zamanda bir psixoloq kimi fəaliyyət göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ən çoxu uşaqlıq travmaları ilə əlaqədar olar müraciyyət çoxdur.Düşünürəm bu hadisənin baş vermə səbəbi bilavasitə valideyin uşaq psixolohiyasını düzgüm bilməsindən qaynaqlanır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəsis,bir vətandaş,bir insan,bir ana olaraq şiddətə,təcavüzə,insan haqların tapdalanmasına,cinayətə,müharibələrə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Təvazökarlıqdan uzaq olsa da,empati qurmağı bacaran,ünsiyyətcil,yalanı sevməyən,mənəvi hissləri hər şeydən üstün insanam.
- Ailəlisinzimi?
- Ailəliyyəm, vətənə xalqa layiq iki oğul övladı böyüdürəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim heç bir zaman pessimist olmasınlar,dünəni dünəndə,sabahı sabahda,bu günü bu gündə yaşasınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,sənətim məndən geniş mütali tələb edərək həm düşüncələrimi,həm baxış açımı,həm dünyagörüşümü,hətta bütün həyatım dəyişəcək.
Instagram:psixoloq_ilahə_haciyeva