Həkim Nəzakət Mirzəzadə (NLP Master, Klinik psixoloq) Panik-atakdan danışdı
- Nəzakət xanım, Panik-atak nədir?
- Panik-atakın belə bir tərifi var: keçmişdən gəlir, gələcəyi isə mücərrəddir, yəni qeyri-müəyyəndir. Lakin biz panik-atak pozuntusuna bir az da dəqiq baxsaq, piramidaya bənəzədə bilərik və onu üç yerə bölə bilərik: Keçmis, indiki və gələcək zaman. Keçmiş zamanın travmaları, indiki zamanın təhlükəsi, gələcək zamanın isə təşvişi.
- Daha çox hansı yaş qrupuna aid insanlarda müşahidə edilir?
- Daha çox gənclərdə və orta yaşlı insanlarda rast gəlinir.
- Panik-atak nədən yaranır?
- Yaranma səbəbi daha çox travmalar olur. Ümumiyyətlə, hər bir xəstəliyin kökündə bir motiv vardır.
- Panik-atak hansı əlamətlərlə özünü göstərir?
- Somatik və psixoloji əlamətlərlə özünü göstərir. Somatik simptomlar (ürək döyüntülərinin sürətlənməsi, döş qəfəsində discomfort, başgicəllənmə, baş ağrıları, tərləmə, titrəmə, ağızda quruluq, bədənin müxtəlif hissələrinin keyləşməsi) və psixoloqlji simptomlar (ümumi narahatçılıq və həssaslıq hissi, diqqəti bir yerə cəmləyə bilməmək, ölum qorxusu, reallığı hiss etməmək, huşun getməsi və s).
- Müalicəni hansı üsullar aparırsınız?
- Müalicə bir neçə üsulla: konqitiv davranış terapiyası, meta-analiz və farmokoterapiya ilə aparılır.
- Müalicənin nəticəsini neçə müddətdən sonra əldə edirsiniz?
- Hər bir pasiyentə yanaşma fərdi olur. Hər bir pasiyentin xəstəlik dərəcəsinin ağırlığından asılı olaraq sağalma müddəti bilinir. Konkret bir müddət yoxdur. Bu məsələdə müalicə ilə yanaşı, pasiyetnlərin özlərindən və xəstəlik dərəcəsinin ağırlığından da çox çox şey asılıdır.
- Sonda bu mövzu ilə əlaqədar nə demək istərdiniz?
- Panik-atak eqzogen xəstəlikdir. Yəni, xarici mühitin amillərinin təsirindən yaranır. Travmalardan və qorxulardan yaranır. Hər şey insanın düşüncələrindən asılıdır. Düşüncələrinizi dəyişdirməklə bu xəstəliyə qalib gəlmək olar. Ona görə də düşüncələrinizi gözəl tutun. Hər hansı bir travmaya nə qədər böyük baxırsınızsa, o da sizdə bir o qədər böyük iz qoyur. Ona görə də hər zaman pozitivə köklənin. Onda heç bir qorxu və travma sizə qalib gələ bilməz.
Instagram: @doktor.nm
Əlaqə nömrəsi: (055) 505 78 78