İş xanımı Ruhanə Mahmudlu: "Bütün qərarlarımın arxasında duran biriyəm"
- Ruhanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənə bu işdə çalışmağı bir tanışım təklif etmişdi. Əvvəllər bir çox xanımlar kimi işin mahiyyətini anlamadan qəbul etməmişdim, sonra iş haqqında ətraflı öyrəndikdən sonra itirdiyim zamana peşman oldum.
- Neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Xanımlara öz potensiallarını kəşf etməkdə və sərmayəsi öz şəxsi bizneslərini qurub, online şəkildə işləyib, qazanmaqlarında kömək edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- İşimlə bağlı olaraq müraciətlər hər zaman hamısı pul qazanmaq üçün olur, amma bəzi xanımlarımız bunun üçün çalışmaq lazım olduğunu bilsə də, bəziləri çalışmadan pul qazanmaq istəyirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bəhanələrə "yox" deyirəm. Çünki bəhanələrin nə qədər insanları iflic etdiyinin şahidi olmuşam.
- Xarakter olaraq necə birisiniz?
- Bütün qərarlarımın arxasında duran biriyəm. Fərqi yoxdur, sonu uğur da olsa, uğursuzluq da...
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Qurban psixologiyasında yaşamamaqlarını, özlərinə və xəyallarına dəyər vərməklərini məsləhət görərdim. Həyatlarını dəyişmək üçün bütün məsuliyyəti öz üzərlərinə götürüb bunun üçün mübarizə aparsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, özüm kimi neçə-neçə xanımların həyatlarını dəyişməyi, onlara öz ayaqları üstə durmağı, qazanmağı, qazandırmağı öyrədə bilərəm. Bunu bacardığım üçün xoşbəxtəm.
Əlaqə nömrəsi: (050) 339 54 82