Vəkil İsgəndərova Nina Vladimirovna: "Son zamanlarda ailə problemləri ilə bağlı müraciətlər çox olur"
- Nina xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən İsgəndərova (Korolyova) Nina Vladimirovna, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüququ fakultəsinin qiyabi şöbəsinə daxil olmuşam.1985-ci ildə 3-cü kursa keçərək Bakı Şəhər Məhkəməsində iclas katibi vəzifəsində fəaliyyətə başlamışam. 1991-ci ilin Noyabr ayına qədər həmin vəzifədə çalışmışam. Bu vəzifədə çalışaraq vəkil peşəsini seçmək qərarına gəldim. Beləliklə, 1991-ci ilin noyabr ayında mən Vəkillər Kollegiyasına daxil olmuşam. O vaxtdan indiyədək vəkil vəzifəsində çalışmışam.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 1991-ci ildən indiyədək vəkil vəzifəsində çalşıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Hüququ perspektivi olmayan mülki işləri aparmıram. Əsas iş prinsiplərimdən biri qanunçuluq və yaranmış hüquqi münasibətlərə dair müvafiq hüquqi normaların düzgün tədbiq edilməsidir. İşimin əsas məqsədi ondan ibarətdir ki, məhkəmə tərəfindən qanunçuluq prinsipi əsasında düzgün qərar verilsin.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bütün sahələr üzrə işləri apara bilirəm, lakin mülki (ailə problemi, vərəsəlik işləri, mülkiyyət hüququ üzrə və s.) işlərə böyük üstünlük verirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda ailə problemi üzrə (boşanma, yetkinlik yaşına çatmamış uşaqların məsələləri ilə bağlı, alimentlərin təyini, birqə əmlakın bölünməsi və s.), vərəsənin daxil olması, evdən (mənzildən) istifadə hüququn tanınması və itirilməsi, mülkiyyat hüququ üzrə məsələlər və s. ilə bağlı müraciətlər daha çox olur.
- Bir vəkil olaraq nəyə "yox" deyirsiniz?
- Vəkil olaraq qanunsuz işlərə, məhkəmə və hüquqi perespektitvi olmayan işlərin aparılmasına “yox” deyərəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. Bir övladım (oğlum) var.
- Oxuculara nə məsləhət görürsünüz?
- İlk növbədə Qanunvericiliyi yaxşı bilmək və eyni zamanda hüquqi təcrübə almağı məsləhət görürəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, aparılan işlərimin əksəriyyətinin müsbət nəticəsini əldə edəcəyəm və bundan mənəvi həzz alacağam.
Əlaqə nömrəsi: (050) 326 72 09