Rezident-onkoloq Dr. Gülnar Nəbiyeva: "Özünüzə inanın və heç vaxt təslim olmayın!"
- Gülnar xanım, elmi fəaliyyətə nə zaman başlamısınız?
- Elmi fəaliyyətə 18 yaşımda, universitetin birinci kursunda oxuyanda başlamışam. Bizə o zaman professor Aleksandr Sergeyeviç Kiselev tərəfindən tədris olunan “Tibb tarixi” fənni məndə çox böyük maqraq yaratdı. Professor Kiselev mənə elmdə ilk addımlarımı atmağa kömək etdi və Vivian Nuttonla tanış etdi. Beləliklə, mən qədim yunan həkimi Qalenin yaradıcılığına həsr olunmuş ilk elmi əsərimi iki görkəmli professorun rəhbərliyi altında yazdım: Vivian Nutton (Britaniya tibb tarixçisi, Los-Ancelesdəki Kaliforniya Universitetinin və London Universitet Kollecinin fəxri professoru, İntibah dövründə Tibb və Orqanizmlərin Tədqiqi Mərkəzinin hazırkı prezidenti (CSMBR)) və Aleksandr Sergeyeviç Kiselev (iqtisad elmləri doktoru, sosiologiya elmləri namizədi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tibb tarixi kafedrasının dosenti, UNESCO eksperti).
- Elmi fəaliyyətiniz nə ilə bağlıdır?
- Tələbəlik illərindən müxtəlif mövzularda məqalələr, tezislər yazıram. Artıq qeyd etdiyim kimi, ilk əsərlərim tibb tarixinə və genetikaya həsr olunub. Ancaq universitetdə oxuduğum ilk kursda gələcək ixtisasımla bağlı qərar verdim və artıq “Onkologiya” istiqamətində inkişaf etməyə başladım.
- Hansı nəticələri əldə etmisiniz?
- Düşünürəm ki, yaşım az olsa da, yaxşı nəticələr əldə etmişəm. Tezislərim bir çox beynəlxalq konfransların (BİMEC, Медицинская Весна, Генетика в системе медицинских наук, Белые цветы, XIII Съезд онкологов и радиологов стран СНГ и Евразии, Инновационная онкология, Aturek, VII Всероссийская конференция по молекулярной онкологии, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətinin aktual problemləri” elmi-praktiki konqressi, XII International Scientific and Practical Conference Science and Practice: Implementation to modern Society).
Google Scholar, Scopus, e-library və РИНЦ bazalarına daxil olan jurnallarda müəllifi olunduğum məqalələr dərc olunub.
Əsas nailiyyətimi bədxassəli şişlərin tanınmasında SPECT/CT-nin roluna dair monoqrafiyamı hesab edirəm. Bu kitabı ən yaxşı tələbələrdən biri kimi universitetimizin mənə verdiyi əlavə yay təcrübəsi zamanı müşahidələr əsasında yazmışam. Monoqrafiya Lambert Publishing tərəfindən nəşr olunub və onu amazon.com saytından əldə etmək olar.
- Yaxşı bir elmi iş ortaya çıxartmaq üçün nə etmək lazımdır?
- Maraqlı elmi məqalə yazmaq üçün ilk növbədə məqalənin məqsədi və mövzusu barədə qərar verməlisiniz. Sonra mövzu ilə bağlı materialları araşdırın, elmi rəhbərinizlə məsləhətləşin və işə başlayın.
- Sonda bu barədə nə demək istərdiniz?
- Əziz oxucular, yeni başlanğıclardan çəkinməyin. Siz həqiqətən böyük nailiyyətlərə qadirsiniz. Əsas odur ki, özünüzə inanın və heç vaxt təslim olmayın.
İnstagram : Dr.nabiyeva_gulnar
[email protected]