Diyetoloq, sağlam qidalanma üzrə mütəxəssis Zenfira Yahyayeva:"Sağlam qidalanmaya üstünlük vermək əsas iş prinsipimdir"
- Zenfira xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Mən hər zaman özümün və övladlarımın sağlam qidalanmasına diqqət etmişəm. Buna görə də bu sahəyə gəlməyə qərar verdim və ANDOP akademiyasında təhsil aldım. Özümü bu sahədə formalaşdırdıqdan sonra bildiklərimi insanlarla bölüşdüm. Hal-hazırda fəaliyyətimi sevə-səvə davam etdirirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər zaman sağlam qidalanmaya üstünlük vermək mənim əsas iş prinsipimdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Arıqlamaq üçün kimyəvi tərkibli dərmanlardan istifadəyə qəti surətdə "yox" deyirəm. Çünki bu hal zamanla insan ölümü ilə də nəticələnə bilir.
- Xarakter olaraq necə birisiniz?
- Sakittəbiətli biriyəm. Amma bundan istifadə halları olduqda həmin insanları həyatımdan bir göz qırpımında silə bilirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bu qədər uğur əldə edə bilərəm.
Əlaqə nömrəsi: (070) 889 44 23