Psixoloq Afaq Babazadə: "Səmimi və məsuliyyətli olmaq əsas prinspimimdir"
- Afaq xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Məktəbi bitirdikdən sonra M. F. Axundov adına API-ya qəbul oldum və orada psixologiya kursu keçdik. Psixologiya mövzusu məni çox maraqlandırırdı. Həyatım boyu həmişə insanlara kömək etməyə çalışmışam və illər sonra özümü bu çağırışda taparaq psixoloq olmaq üçün yenə də təhsil aldım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iyirmi ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimin prinsipi səmimiyyət, məsuliyyət və xeyirxahlıqdır.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Yardım üçün gələn hər bir insanı oxumaq, onu narahat edən, nigaran qoyan, bəzən qərarsızlığını, potensialını görər-görməz müəyyən etmək istərdim.
- Psixologiya sahəsində hansı boşluqları müşahidə edirsiniz?
- İnsanı narahat etdiyi problemlərin sahəsini daha dərindən araşdırmaq, təsir səbəbini aşkar etmək istərdim.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Konsultasiya apararkən problemin mahiyyətini araşdırıb onun həllində yardım etməyə çalışır, bu minvalla mənə müraciət edən insanı istiqamətləndirirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar həyat yoldaşı, valideyn, uşaq arasında münasibətlərdə anlaşılmazlıq yaşanır, o cümlədən gələcəkdən nigaran olan abituriyentlər daha çox müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Mən mənəviyyatsızlığa, mədəniyyətsizliyə, savadsızlığa ve hörmətsizliyə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Əbədi tələbəyəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- İlk növbədə, müsahibəni oxuduğunuz üçün hamınıza təşəkkür edirəm.
Hamıya can sağlığı, güvən, etibar, yaxşılıq arzulayıram.
İrəli getmək üçün maariflənməyə üstünlük verin, qorxmadan yaşayıb həmişə ürəyinizə qulaq asın, o həmişə həqiqəti söyləyir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki bu müsahibədə iştirak edəcəyəm (gülür).
Əlaqə nömrəsi: (50) 339 35 77