Mediator-hüquqşünas Ramin Əliyev: "Mediasiya tərəflər arasında daha müsbət münasibət saxlayır"
- Ramin müəllim, necə oldu ki, mediator oldunuz ?
- Ümumiyyətlə, insanlarla ünsiyyət qurmaq onları dinləmək, bacardıqca onlara yardım göstərməyə çalışan insanam. Bəlkə də məhz bu göstəricinin mediasiyaya gəlməyimdə mühüm rolu vardır.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız ?
- Artıq iki ildir ki, mediasiya sahəsində aktiv mediator fəaliyyəti göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim ilkin olaraq tərəflərlə tanışlıq, məlumatların toplanması, tərəflərin maraq və ehtiyaclarının müzakirəsi, həll yollarının axtarışı və yekun olaraq barışıq sazişinin uğurlu yekun olaraq bağlanmasına nail olmaqdır. Çünki məhz mediasiya tərəfləri güc və zorla deyil, tərəflərin öz maraqları və ehtiyacları əsasında ümumi həll yollarını tapmağa təşviq edən bir prosesdir.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Mediasiya yeni sahə olduğundan cəmiyyətdə hələ də mediasiyanın üstünlükləri barədə məlumatsızlıq mövcuddur. Bunun üçün Mediasiya Şurasının sədri hörmətli Nadir Adilov başda olmaqla biz mediatorlar da mümkün qədər həm medianın, həm də sosial şəbəkələrin üstünlüklərindən istifadə etməklə məlumatlandırma ilə bağlı öz töhfəmizi verməyə çalışırıq.
- Son zamanlar sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Təəssüflə qeyd etmək istəyirəm ki, ailə, kommersiya, əmək və mülki mübahisələr arasında daha çox boşanma, yəni nikahın pozulması və buna bağlı müraciətlər üstünlük təşkil edir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz ?
- Tərəflərin işin nəticəsini görmədən tələsik qərarlar verməyinə həmişə "yox" demişəm. Düşünürəm ki, mübahisə varsa, həmişə həll yolu vardır. Yetər ki, tərəflər istəkli və müəyyən güzəştlərə getməyi bacarsınlar.
- Xarakter olaraq necə birisiniz ?
- Tale yüklü məsələlərdə çox həssasam. Aktiv dinləyiciyəm. Məhz elə buda işin ən vacib məqamlarından biridir. Mediator aktiv dinləmə, empatiya, təhlil və münaqişələrin idarə edilməsi bacarıqlarına malik olmalıdır.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara mediasiyanın üstünlüklərindən yararlanmalarını məsləhət görərdim. Çünki məhz mediasiyada əldə olunan barışıq sazişində uduzan tərəf olmur, məhkəmə çəkişmələrinə daha sürətli, daha ucuz və adətən daha çox əməkdaşlıq alternatividir. Mediasiya həm də tərəflər arasında daha müsbət münasibət saxlayır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki, neçə-neçə ailələrin barışmasına, işlərində problem yaşayan işçi ilə işə götürən arsında problemin həll olmasına yardımcı ola bilərəm. İşlədikcə, mediasiyanın necə gözəl işlərə vəsilə olduğunu gördükcə, işimin dəyərli olduğuna bir daha əmin oluram.
Əlaqə nömrəsi:
(055) 229 29 26
İnstagram: (mediator_ramin_aliyev)