Peşakar hüquqşünas, mediator Aqil Əsgərov: "Vətəndaşların ortaq məxrəcə gəlməsi üçün əlimizdən gələni edirik"
- Aqil müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Xətai icra şöbəsində işləmişəm. Dostlarım və iş yoldaşlarım mənə deyirdi ki, mediasiya adında bir insitut yaranır, bəlkə özünü sınayasan? Mən onsuz da icra şöbəsində həmişə barışığa üstünlük verirdim. Ona görə də Ədliyyə Nazirliyinin Akademiyasına mediator olmağımla bağlı müraciət etdim. Hal-hazırda səkkiz saylı mediasiya təşkilatında mediatoram. Həm də şurada daxili auditit komitəsinin üzvüyəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Mediator olaraq Fevral ayından fəaliyyət göstərirəm. Qeyd edim ki, səkkiz saylı mediasiya təskilatı Azərbaycanda barışıq üzrə birinci yerə çıxıb. Daha çox barışıq sazişi təskilatımızın rəhbəri Mail Əhməddə olur. Onu da bildirim ki, Mail müəllim mediasiada bizə ilkin baza dərslərini keçib. Müəllimimdi. Ondan da öyrəndiklərimi mən həyata keçirirəm. Ona görə də təşkilatda ikinci barışıq sazişi məndə cox olur.
- Sizin işdə fərqliliyiniz nədədir?
- Mən icrada və hüquq mühafizə orqanlarında işləyəndə insanlarla çox ünsiyyətdə olurdum. Ona görə də, insanların psixologiyasını yaxşı bilirəm. Bizə müraciət edən vətəndaşlar problemli vətəndaşlardır. Biz də onların ortaq məxrəcə gəlməsi üçün əlimizdən gələni edirik.
- İşinizin nəticəsini neçə müddətdən sonra əldə edirsiniz?
- Vətəndaşlara düzgün istiqamət verdikdə neticəni bir 1 saata da əldə edə bilirik.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Son zamanlarda vətəndaşlarımız daha çox bank problemlərindən əziyyət çəkirlər. İstəyərdik ki, bu işi rəsmi qurumlar bizlərə həvalə etsinlər. Onda problemlin həlli daha surətlə həl ola bilər. Bundan başqa, nikahın pozulması ilə bağlı işlərdə məhkəmələrdə də uzunmalar olur. O işi də bizə həvalə etsələr, yaxşı olar. Bu barədə artıq işlər gedir. Bizi mediasiya şurasının rəhbəri Nadir Adilovun təşəbbüsü böyükdür və bu iş üzərində ciddi səylə çalışır. Ümumiyyətlə, bu gün mediasiyanın tanınmasında və inkişafında Nadir müəllimin və mediatlarımızın rolu danılmazdır. Biz də əlimizdən gələn dəstəyi göstəririk.
- Xarakter olaraq necə birisiniz?
- Sakit, pozitiv və ailəcanlı bir insanam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Elə bir zamanda yaşayırıq ki, insanlarda aqressiya çoxdur. Normal məntiqlə yanaşsaq və səbr etsək, o aqressiya da aradan gedər. Hər kəs qarşısındakı insana hörmətlə yanaşar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu işi bu qədər bacararam. Amma şükürlər olsun Allaha ki, bacardım və istədiyim nəticələri əldə edirəm.
Əlaqə nömrəsi: (055) 211 01 43